
2019-cu il üçün neftin qiymətinə dair REAL PROQNOZ: 60-80 dollar...
09:58 25.12.2018
Arxiv
453
"2019-cu il üçün neftin qiyməti ilə bağlı proqnozlar ürəkaçandır”.
Bunu "Sherg.az”a Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bildirib.
Onun sözlərinə görə, neftin qiymətlərində ucuzlaşmalar olsa da, bu o demək deyil ki, 2019-cu ildə neftin qiyməti ilə bağlı narahatlıq doğuracaq bir ssenari olacaq:
"Hazırda 2019-cu ildə "qara qızıl”ın dəyəri ilə bağlı proqnozlarda minumun qiymət kimi 60 dollar göstərilir. Ən optimist qiymət isə 80 dollar olacağı bildirilir. Bütün bu proqnozlar ABŞ tərəfindən verilib. Amma neftin qiyməti ilə bağlı daha real hədd 65 dollar kimi göstərilir. 2019-cu ildə dövlət büdcəsinə neftin orta qiyməti 60 dollar götürülüb.

Yəni hələ ki, neftin qiymətləri ilə bağlı proqnozlar 63-64 dollardır və bu, bazar üçün çox yaxşı dinamikadır. Gələn il bir neçə hərrac "qara qızıl"ın qiyməti 50 dollardan da aşağı düşə bilər. Amma bu orta illik qiymətə təsir edən amil deyil. Lakin OPEK qərarını verdi. Çoxları düşünür ki, OPEK-in bu addımı bazara güclü təsir göstərəcək. Lakin OPEK+ölkələrinin yeni qərarları 2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. Və ilk altı ay ərzində neft istehsalı 1.2 milyon barel azalacaq. Amma bu o qədər tez baş tutan proses deyil.
Çox güman ki, məsələ ilə bağlı OPEK-in ilk hesabatı fevral ayının 12-də olacağını bildirirlər. Həmin hesabatda neft istehsalını azaltmaqla bağlı verilən qərara neçə faiz əməl edildiyi məlum olacaq. Daha sonra aprel ayının ortalarındaki hesabatda prosesin tam gedişatı bizlərə məlum olacaq. Eyni zamanda buna bazar adekvat olaraq öz cavabını bildirəcək”.
Qeyd edək ki, OPEC prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Süheyl əl Məzrui bildirib ki, "OPEC+ ölkələri lazım gəlsə, saziş müddətini artıra, yaxud hətta neft istehsalını daha da azalda bilər. Təşkilatın rəhbəri deyib ki, nəzərdə tutulan hasilat azalması ətraflı şəkildə araşdırılmışdı, lakin səmərəli olmasa, əvvəllər etdiyimiz kimi istədiyimiz vaxt OPEC-in növbədənkənar iclasını çağıra bilərik. OPEC+ formatının müddətini daha altı ay uzatmaq zərurəti yaransa, bunun həyata keçiriləcəyini, hasilatı azaltmaq lazım gəlsə, həmişə müzakirə edib sanballı qərara gəlirik. O, bəzi üzv ölkələrdə hasilatın təbii azalması baş verdiyindən OPEC-in saziş şərtlərini həqiqətən də artıqlaması ilə yerinə yetirə biləcəyini diqqətə çatdırıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə