26 yaşlı qadın analıqdan məhrum oldu - VİDEO
13:15 04.07.2017
Arxiv
948
ARB 24 xəbər verir ki, Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımova 26 yaşında analıqdan məhrum olub.
Milli.Az xəbər verir ki, ailə üzvləri deyir ki, Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.
Nəsibə Qasımova - zərərçəkənin anası: "Mən 11 aydır ki, qızımı Xatirə həkimin yanına gətirmişəm. Yəni boş qarına Xatirə həkim 3 ay müalicə edib. Ondan sonra 9 ay mütəmadi olaraq bu həkimin xəstəsi olub. Deyib ki, doğuşa hazırdır, mən onu doğuzduracağam. Birdən birə dedi ki, doğuzdurammıram, keyserə çıxacaq".
Qeysəriyyə əməliyyatına alınan Aygünün vəziyyəti qəfildən pisləşir. Təcili anaya qan köçürmək lazım gəlir.
Nəsibə Qasımova - zərərçəkənin anası: "Orada qan yox idi. Qanın qramını 70 manata aldıq. Vaxtında çatsa, mənim uşağım bu vəziyyətə düşəsi deyildi"
İttihamlar bununla bitmir. Xəstə yaxınları bildirirlər ki, adı dövlət xəstəxanası olsa da, Tovuz Rayon Mərkəzi Xəstəxanası özəl tibb müəssislərindən heç də geri qalmır. Təbii ki, xidmətin keyfiyyətinə yox, ödənişə görə. O qədər pul istəyirlər ki, bilmirlər xəstəni düşünsünlər, yoxsa onlardan tələb olunan pulu hardan tapacaqlarını.
Cabir Qasımov - zərərçəkənin qayını: "Nə Xatirə həkimə, nə də Xanlar həkimə müraciət etməyin. Onlar neçə ailəni bədbəxt ediblər. Qapıçıdan tutmuş hər biri pul istəyirlər".
İttihamları qəbul etmək istəməyən hipokratın davamçıları hərəkətlərinə bu cür bəraət qazandırdılar.
Xatirə Quliyeva - ginekoloq: "Əgər 4 saatdan artıq müddətdə gələcək hissə müstəvilərlə irəliləmirsə, bu, artıq kliniki dar çanağı sübut edir və keyser kəsiyi əməliyyatına göstərişdir. Bu barədə məlumat verdim onlara və dedim ki, xəstənin əməliyyata götürülməsi zəruridir, ölümlə nəticələnə bilər, uşaqlığın cırılmağı ilə nəticələnə bilər. Xəstəni əməliyyata götürdük".
Əməliyyatın nəticəsi olaraq Aygünün çəkisi 3 kq 800 qram olan qız övladı dünyaya gəlir. Ana və uşağın vəziyyəti kafi qiymətləndirilir. Əməliyyatdan təxminən 45 dəq sonra xəstənin uşaqlıq yolunda qanaxma başlayır. Ümumi vəziyyəti ağırlaşır. Nəbzi dəqiqədə 94 dəfə vurur, arterial təzyiq enir və qanaxma dayanmır.
Respublika Perinetal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirir ki, "sən artıq ana ola bilməzsən" diaqnozu xəstəyə çox nadir hallarda qoyulur. O, bölgələrdəki xəstəxanalarda qan ehtiyatının olmaması məsələsinə də aydınlıq gətirib.
Sevinc Məmmədova - Respublika Perinetal Mərkəzinin direktoru: ""Bölgələrdə qan yoxdur" demək düzgün deyil. Burada mütəmadi olaraq qan "zapasları" olmalıdır".
Bəli, əslində, belə olmalıdır. Amma Tovuz Rayon Mərkəzi Xəstəxanasında tam başqa abu-hava hökm sürür.
İndi Qasımovlar ailəsini bir sual düşündürür: 26 yaşlı Aygünün Tovuz Rayon Mərkəzi Xəstəxanasında başına gələnlər, analıqdan məhrum olması kimin günahıdır? Onlar bu sualın cavabını əldə etmək üçün hüquq mühafizə orqanlarının araşdırma aparmasını istəyirlər. Yalnız bundan sonra kimin haqlı, kimin haqsız olması ortaya çıxacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya