30 ildən sonra belə qarı görənlər ora qaçdı! -FOTOLAR

Şəhər mərkəzində heç belə qar görməyən adanalılar,  gəzintiyə çıxmaq üçün Toros dağlarının ətəklərindəki yaylalara axın etdilər.
Son 30 ilin ən çox qar yağdığı Kızıldağ, Karboğazı və Tekir kimi yaylara axın edən adanalılar, burada manqal yandırıb, ləyənlə qarın üstündə sürüşüb keflərini sürdülər. Uşaqlar əvvəl heç qarşılaşmadıqları qarda, qartopu oynayıb, əyləndilər.  Böyük maraq yarndığından tıxacda qalanlar oldu, avtomobildən istifadə edən naşı sürücülər, qəzalara da səbəb oldu.
Sherg.az "Milliyət"ə istinadən xəbər verir ki, Adana Böyükşəhər Bələdiyyəsi də Kızıldağ yaylasında həftə sonu qar şənliyi təşkil etdi. Sosiska - çörək partisinə minlərlə adanalı qatıldı.