30 yaşlı kişinin faciəli sonu: boğulub öldü...




Bakıda 30 yaşlı kişi hovuzda boğulub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xbər verir ki, paytaxtın Nərimanov rayonunda 1987-ci il təvəllüdlü İsmayılov Şakir Bakir oğlu su hovuzuna düşərək boğulub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək vətəndaşın cəsədini hovuzdan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.