34 yaşlı ana doğuş zamanı dünyasını dəyişdi – VİDEO




Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən 34 yaşlı Şamaxı şəhər sakini Amirə Əlisahab qızı Binyətovanın halı pisləşib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

"Sherg.az"ARB TV-yə istinadən xəbər verir ki, qadın reanimasiya şöbəsində dünyasını dəyişib.

Uşağın vəziyyəti isə yaxşıdır, yeni doğulmuş uşaq palatasında, həkim nəzarəti altındadır.

Faktla bağlı isə araşdırma aparılır.