39 saylı marşrutun sürücüsü sərnişinləri çay içə-içə daşıyır
09:53 01.11.2016
Arxiv
561
İctimai nəqliyyatın problemlərindən çox yazılıb, çox deyilib. İstər Nəqliyyat Nazirliyi, istərsə də, Bakı Nəqliyyat Agentliyi avtobus sürücülərinin davranışı, sərnişinlərlə münasibəti barədə dəfələrlə açıqlamalarla çıxış ediblər. Bir çox marşrutlarda "sürücü ilə danışmaq qadağandır”, "dayanacaqdan kənar saxlamaq qadağandır”, "salonu zibilləməyin”, "siqaret çəkmək olmaz” kimi müxtəlif məzmunlu xatırlatmalara daim rast gəlinir.
Gəl ki, bizim bəzi sürücülər sükan arxasına keçdimi, "burda mənəm, Bağdadda kor xəlifə” deyib, özlərini külli-ixtiyar sahibi hesab etmək "ənənəsindən” əl çəkmirlər. İctimai nəqliyyatdan gündəlik istifadə edən şəxs kimi dəfələrlə şahidi olmuşam ki, sərnişinlər siqaret tüstülədən sürücüyə irad bildiriblər. Şəxsən mən də, siqaret çəkən sürücüyə qadağaları həmişə xatırladıram. Sözün düzü, bu irad qarşısında sürücü susur və siqareti pəncərədən yola atır (!). Amma eyni hal tez-tez təkrarlanır. Belə çıxır ki, avtobus salonuna vurulmuş qadağa işarəsi sürücünün vecinə deyil. Gərək mütləq hansısa sərnişin etiraz etsin ki, avtobusdakıların canı siqaret tüstüsündən qurtulsun. Mobil telefonla danışan, danışmaq nədi, əsəbi halda qışqıran, "əəə, mənim vaxtıma "girmisən”, "dəqiqə yarım geri çək”, "mənim 20 saniyəm hara getdi?!” deyib, səsi avtobusla bir olan sürücülər nə qədər desən var. Hələ mən, ailə problemlərini sükan arxasında çözən, arvadına, qayınanasına söyən sürücüləri demirəm. Bizim sürücülərin bir vərdişi də sükan arxasında çay içmək, tum çırtlamaqdı. Siqaret, mobil telefon və çay... Dünən işə gedəndə "Elmlər Akademiyası” metrostansiyasının qarşısında dayanan 39 saylı marşruta mindim. Sürücü dəqiqələri sayırdı, sərnişinlərin "gec gedəcəksiz” sualına "1 dəqiqəyə çıxıram” deyən sürücüyə "odnorazovıy” stəkanda çay gəlmişdi. Bəh, bəh, bəh... 1 dəqiqə başa çatdı, avtobus yola düşdü və sürücü çay dəstgahına başladı - konfeti kağızından ayırıb ağzına atdı, konfet kağızını da pəncərədən yola tulladı və çay içməyə başladı. Avtobus "Azərbaycan” nəşriyyatının binasına çataçatda, sürücünün çayı da bitdi. Jurnalist olaraq vəzifəmi yerinə yetirib sükan arxasında - avtobus hərəkətdə ikən çay içən sürücünün fotosunu çəkdim. 39 saylı marşrut üzrə hərəkət edən, çayxor sürücünün idarə etdiyi avtobusun dövlət nömrə nişanı isə - 10 ZP 274-dür. Saat təqribən 12:10 radələri idi.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "Şərq”ə açıqlamasında sürücünün sükan arxasında siqaret çəkmək, mobil telefonla danışmaq, musiqiyə qulaq asmaq və əlbəttə ki, çay içməsinin də qəti qadağan olduğunu bildirdi: "Nəinki bu sadaladığım hallar, sürücü sükan idarə edirsə, hətta başqa birisiylə, o cümlədən sərnişinlə də söhbət eləməsi də yasaqdır. Sükan arxasında əyləşmiş sürücü yalnız idarəetməyə diqqət etməlidir. Başqa heç bir hal, onun fikrini yayındırmamalıdır”. N.Allahyarova sükan arxasında çay içən sürücü barədə ciddi ölçü götürüləcəyini qeyd etdi. Digərlərinə dərs olsun deyə.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm