5 kişini “yıxıb” keçdi - FOTOLAR

Məryəm müəllim kəndinə muxtar oldu
Ağrı İbrahim Çeçen Universiteti Ədəbiyyat fakültəsinin məktəbəqədər müəllimlik ixtisasından 3 il əvvəl məzun olan Məryəm Önkür (25), kəndinə muxtar oldu.
Sherg.az türk mediasına istinadən xəbər verir ki,  5 kişi rəqibini geridə buraxaraq aldığı 210 səslə muxtarlığa seçilən Məryəm Önkür, təbrik ziyarətlərini qəbul edir.
Qonaqlarına özü qulluq edən Önkür, artıq kəndinin inkişafı üçün çalışacağını söyləyib.
Ağrının Doğubayazit qəsəbəsinin Dalbahçe kəndində yaşayan Mubar- Mustafa Önkür cütlüyünün 9 uşağından ən böyüyü olan Məryəm Önkür, Ağrı İbrahim Çeçen Universiteti Ədəbiyyat fakültəsinin məzunu olub.
Təyinat olmadığından kəndinə dönən Önkür, heyvandarlıq edən ailəsinə kömək etməyə başlayıb. Bu sırada kənddə yaşanan problemləri də müşahidə edən Məryəm Önkür, 31 martda keçirilən seçkidə kəndində muxtar olmağa qərar verir. Məryəm Önkür, 200 ev və 955 əhalisi olan Doğubayazıtın ən böyük kəndi Dalbahçedə 5 kişi muxtar namizədlə mübarizə aparıb. 31 mart axşamı səslərin sayilması zamanı 210 seçicinin səsini alan Məryəm Önkür, kəndinə muxtar seçilib. Artıq kəndinin inkişafı üçün çalışacağını ifadə edən Önkür, seçki əvvəli verdiyi sözləri bir-bir yerinə yetirəcəyini bildirib:
"Layihələrimin hamısını həyata keçirib, kəndimdə çox gözəl işlər görəcəm. Bu kəndə qadın əli dəyəcək".
Kəndinə muxtar olan müəllim namizəd Məryəm Önkür, seçki sonrası təbrik ziyarəti üçün gələnlərin qarşılayır.
Qonaqlara özü qulluq edən muxtar, kəndlilərinə yeni dövrdə görəcəyi işləri də izah edib. Məryəm Önkürün muxtar olmasına sevindiyini ifadə edən Ramazan Karavuş, "Məryəm muxtar oldu. Kəndimizə qadın əli dəyəcək, son dərəcə xoşbəxt olduq" deyə danışıb.
Turan