Baş vermiş hadisə ilə bağlı "Şərq”ə danışan "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, informasiya əldə edilirsə, dərhal aidliyyəti qurumlara - hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətlərinin qəyyumluq şöbəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilməlidir.
5 yaşlı uşağın əzabları...
Kim bilir, neçə müddətdir o uşaq işgəncələrə məruz qalır“İlk növbədə cəmiyyət bu cür hallara qarşı çıxmalı, məlumat əldə edirsə, dövlət orqanlarına çatdırmalıdır”
Baş vermiş hadisə ilə bağlı "Şərq”ə danışan "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, informasiya əldə edilirsə, dərhal aidliyyəti qurumlara - hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətlərinin qəyyumluq şöbəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilməlidir.
Anası tərəfindən əlləri və ayaqları bağlanaraq zor tətbiq edilən 5 yaşlı uşaqla bağlı araşdırmaya başlanıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Xatırladaq ki, həmin uşaqla bağlı K.Ağazadə bir neçə gün öncə sosial şəbəkədə foto paylaşmışdı, bununla da uşaq barədə məlumat yayılmışdı. K.Ağazadə bu günlərdə həmin ailəyə gedib, hadisənin hansı şəraitdə baş verdiyini araşdırmağa cəhd edib.
Məlum olub ki, uşağa zor tətbiq edən ananın özünün psixoloji problemləri var. Yerli icra hakimiyyəti orqanı ilə qərara gəlinib ki, həm ana, həm də uşaq psixoloji yardım almalıdır. "Hazırda ötən gün şəklini paylaşdığım uşağın evindəyik. Müəyyən məsələlər, yerində araşqdırılacaq. Yerli icra hakimiyyəti ilə uşağın psixoloji reabilitasiya alması məsələsi müzakirə ediləcək. Ananın da müəyyən psixoloji problemləri var. Ananın da psixoloji reabilitasiyası həyata keçirilməlidir” deyən K.Ağazadə artıq rayon polis əməkdaşlarının hərəkətə keçdiyini, anadan izahat və iltizam aldıqlarını deyib.
Oxşar hadisə İmişli rayonunda da baş vermişdi. Əqli cəhətdən zəif qızın atası tərəfindən 8 il tövlədə saxlandığı məlum olmuşdu. Xatırladaq ki, bu hadisə barədə "Xəzər TV”də yayımlanan "Bizə danış” verilişində xəbər verilmişdi. Video-süjet yayımlandıqdan sonra, aidiyyətli qurumlarla yanaşı, illərlə susan qohumlar, qonşular da hərəkətə keçib, danışmağa, atanı qınamağa başlamışdılar. Soruşan gərəkdi ki, bəs 8 ildə siz harada idiniz? Necə ki, indi 5 yaşlı uşağa anası işgəncə verir, əlini-ayağını bağlayıb, zor tətbiq edir. Yenə də cəmiyyət susur, qohum-qonşular danışmır, aidiyyətli orqanlar da yenicə hərəkətə keçib.
Uşağın gələcək həyatı risk altındadır
Baş vermiş hadisə ilə bağlı "Şərq”ə danışan "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, informasiya əldə edilirsə, dərhal aidliyyəti qurumlara - hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətlərinin qəyyumluq şöbəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilməlidir. Əgər dövlət orqanları tədbir görmürsə, o zaman qeyri-hökumət təşkilatları təşəbbüslə çıxış edərək prokurorluğa müraciət etməlidir. Çünki bu halda konkret cinayət əməli vardır. Uşağa zor tətbiq etmək cinayətdir. Lakin belə məsələlərə həssas yanaşılmalıdır. Həm uşağın, həm də ananın hüquqları qorunmalı, ailənin kondefensiallığı saxlanılmalıdır. Operativ plan hazırlanmalı, QHT-lər də yardım etməlidir. Lakin çətinlik bundan yaranır ki, belə hadisələr barədə adətən çox gec xəbər tutulur. Bunun da məsuliyyəti qohumlar, yaxın qonşular, cəmiyyətin üzərinə düşür. Nə qonşular xəbər verir, nə qohumlar, ailənin digər üzvləri, buna görə də proses latent şəkildə gedir. Bunun ağırlığı da işgəncə və zora məruz qalmış tərəfin üzərinə düşür.
Məsələn, bu sonuncu hadisədə əziyyət çəkən, işgəncə görən 5 yaşlı uşaqdır. Kim bilir, neçə müddətdir o uşaq işgəncələrə məruz qalır. Amma qohumlar, ailənin digər üzvləri, qonşular məsələ barədə xəbərsizdir, bəlkə də xəbərdardırlar, sadəcə, bunu "ailənin daxili işi” hesab etdiklərindən susmağa, qarışmamağa üstünlük verirlər. Çox səhv düşüncə və yanaşmadır və bir insanın - körpənin həyatının məhv olmasına gətirib çıxara bilər.
M.Zeynalova qeyd etdi ki, "uşaq ailənin mülkiyyətidir” düşüncəsi təəssüf ki, hələ də cəmiyyətimizdə aparıcı mövqedədir:
- Çoxları məhz bu düşüncəyə sahib olduqlarından prosesə müdaxilə etmir, yardım göstərməyə səy etmir, çəkinirlər. Bəzən hüquq-mühafizə orqanları, sahə müvəkkilləri də eyni düşüncəni paylaşdıqlarından ailənin "daxili işi”nə müdaxilədən çəkinirlər. Halbuki, ortada açıq-aşkar cinayət tərkibli əməl var. Nəhayət məsələ ictimailəşdirildikdən sonra dövlət qurumları hərəkətə keçir. Amma uzun müddət susqunluq bir uşağın gələcəyinin məhvi ilə də nəticələnə bilər. Hələ biz bilmirik, o uşağın psixoloji durumu nə vəziyyətdədir, gördüyü zorakılıq, işgəncə, həyatdan, ətraf aləmdən bu cür ağır şəkildə təcrid olunmaq onun sonrakı həyatında hansı izləri qoyacaq. Ona görə də ilk növbədə cəmiyyət bu cür hallara qarşı çıxmalı, məlumat əldə edirsə, dövlət orqanlarına çatdırmalıdır.
Reabilitasiya dövrü önəmlidir
Psixoloq Aydan Talıbova baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiyini bildirdi:
- Çox acınacaqlı bir haldır... Valideynin doğma övladına bu cür qəddar münasibəti ağlasığmazdır. Belə davranış təbii ki, doğru deyil və uşaqların gələcəklə dərin psixoloji problemlər yaşamasına səbəb olur. Açıq deyirəm ki, övladları belə davranan valideynlər cahildirlər. Bəlkə də həqiqətən valideynin psixoloji problemləri var. Belədə, valideynin psixoloji yardım alması, reabilitasiyası şərtdir. Zorakılığa məruz qalmış uşaqlarla işləmək, onları təlimlərə yönləndirmək lazımdır. Bilirsiz, indi vəziyyət başqadır.
Psixologiya elmi inkişaf edib, müxtəlif təlimlər işlənib, hər sahədə inkişaf gedir. Psixoloji, loqopedik təlimlər mövcuddur. Hətta əqli cəhətdən zəif uşaqları da belə təlimlər vasitəsilə sosiallaşdırmaq tamamilə mümkündür. Çünki belə uşaqlar təcrid edildikcə onlarda cinsi meyl pozuntuları, gələcəkdə intihara cəhdlər artır. Uşaq nə qədər tez təlimlərə cəlb edilərsə, bir o qədər tez sosiallaşar və yaşamaq onun üçün də asanlaşar.
Psixoloq qeyd etdi ki, zorakılığa məruz qalmış uşaqlarla xüsusi iş aparılmalıdır: uşaqlarla sakit, səbirli davranılmalıdır:
- Belə uşaqlarla sakit, səbirli davranılmalı, onlara qarşı sərt, kobud hərəkətlər edilməməlidir. Onlara qarşı sərt davrandıqca psixoloji vəziyyətləri daha da ağırlaşa bilər. Əqli cəhətdən zəif uşaqlara da anlayış göstərilməli, onlara şəfqətlə, mehribancasına davranılmalıdır. Belədə bu uşaqlar daha da sosiallaşır və cəmiyyətə adaptasiya ola bilirlər.
Məlahət Rzayeva