Gənc qıza aid mumiya sayəsində bir çox xəstəliyin müalicəsi tapılacaq
Kolumb Amerikaya gəlməmişdən əvvəl qitənin ən böyük imperatorluğu İnk İmparatoluğu idi. İmperatorluq məhvə məhkum edilsə də, Cənub Amerikada izləri qalıb. Arxeoloji qazıntılar zamanı İnklər haqqında məlumatlar ortaya çıxıb.
1999-cu ildə Argentinada aparılan bir araşdırmada Llullaillabur dağında Maiden adı verilən gənc bir qıza aid mumiya tapılıb. Gənc qız, İnklər tərəfindən Tanrılara qurban edilmiş və bu zaman ancaq 15 yaşında olarmış. Gənc qızın donmuş haldakı cəsədi o qədər il keçməsinə baxmayaraq zərər görməmişdi. İnklərin ölüm ayinləri zamanı Tanrılara qurban edilən kiçik qız dağın zirvəsinə çıxarılıb.
Tədqiqtaçılar Maidenin cansız bədənində aparılan yarılma zamanı heyrətləniblər. 15 yaşlı qız qurban edildiyi zaman spirt verildiyi üçün özündə deyilmiş. Ayrıca qızın bədənində vərəmə bənzər bakteriyal bir infeksiya görünmüş. Maidenin mumiyası sayəsində müasir tibbdə yeniliklər gözlənilir.
Maidenin 500 il əvvəl Tanrılar üçün qurban edilməsi bir vəhşilik olsa da, gənc qız sayəsində bir çox xəstəliyin müalicəsi tapılacaq. İnk sivilizasiyasına aid uşaq mumiyalarının sirri həll edilib. Elm dünyasının uzun müddətdir ölüm səbəblərini tapmaq üçün çalışdığı mumiyaların pivə və kokainlə keyidildikdən sonra donaraq ölümə məhkum edildiyi aydın olub. Mumiyaların aradan 500 ilə yaxın zaman keçməsinə baxmayaraq "yatan kimi" qalması elm adamlarını təəccübləndirib.
1996-cı ildə Argentina sərhədində uşaq mumiyalar tapılıb. Mumiyalar arasında 13 yaşlı "Llullaillaco Maiden”, 4 -5 yaşlarında bir neçə uşaq olduğu bəlli olub. Bradford Universitetin tərəfindən aparılan araşdırmada uşaqların bədənində maraqlı maddələrə rast gəlinib.
Bunlar kokainin ana maddəsi coca yarpağı və pivə istehsalında istifadə edilən chichaizine idi. Inkalar gözəl uşaqları qurban seçərək Llullaillco dağına əhd olaraq qoyulurmuş. Araşdırmanın lideri Dr. Andrew Wilson, uşaqların saçlarından alınan nümunələrdə də yüksək nisbətdə narkotikaya rast gəldiklərini açıqlayıb. Dr. Andrew Wilson, "Artıq uşaqların təbii yollarla ölmədiklərini bilirik. Uşaqlar qurban edilib”.