600 metrlik bayraq: Türkiyədə Cümhuriyyət Günü bayramı başlayıb
19:19 28.10.2018
Arxiv
633
Türkiyə Respublikasında Cümhuriyyət Günü təntənə ilə qeyd olunur. Artıq bayram tədbirlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə ölkədə bayram tətilidir. Küçə və meydanlar, şəhər, qəsəbə və kənd mərkəzləri, ictimai yerlər bayramsayağı bəzədilib. Ölkənin hər yerində bayram mərasimləri təşkil olunub. Bayram münasibəti ilə ölkə ərazisində bir-birindən fərqli və maraqlı tədbirlər təşkil olunub.
Antalyada milli bayram şərəfinə 600 metrlik dövlət bayrağı meydana çıxarılıb. Yerli əhali ilə bərabər xarici turistlər də böyük coşqu ilə qeyd olunan bayram tədbirlərinə qoşulublar. Rəsmi məlumata görə, bu mərasimə 100 min nəfər qatılıb.
Bayram münasibəti ilə ən böyük dövlət tədbiri isə İstanbulda inşa olunan yeni hava limanı - "İstanbul New Airport”un açılış mərasimi olacaq. Yerli vaxtla saat 16:00-da açılışı planlaşdırılan mərasimdə çox sayda xarici dövlət və hökumət başçısı, parlament sədrləri iştirak edəcək. Azərbaycan da bu mərasimdə geniş tərkibli rəsmi heyətlə iştirak edəcək.
Qeyd edək ki, 29 oktyabr - Cümhuriyyət Günü Türkiyədə Respublika quruluşunun elan olunduğu gündür. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün liderliyi ilə Türkiyə xalqı 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşına başlayıb. Bu tarixi şərəf mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Respublikası elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə