64 yaşlı kişi nərdivana çıxdı və... gözlərini xəstəxanada açdı





Tovuzda yaşlı kişi yıxılaraq xəsarət alıb. Trend-in məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.
1954-cü il təvəllüdlü Hüseynov Təvəkkül Əsəd oğlu yaşadığı evin həyətində iş görərkən nərdivandan yıxılıb.
Hadisə nəticəsində T.Hüseynovun ayağı sınıb.
Yaralı xəstəxanaya yerləşdirilib.