65 yaşlı kar qadına kömək etdi, bir ayağını itirdi

Çinin Sichuan əyalətinin Chengdu şəhərində  qatar konduktoru, relslərin üzərindən qarşıya tərəfə keçən yaşlı bir qadının həyatını qurtararkən sağ ayağını itirdi.
29 yaşlı konduktor Xu Qiankai, 65 yaşlı kar qadına kömək etdiyi üçün ölkədə  qəhrəman elan edilib. Yerli mediaya görə yaşlı qadını görən Xu dərhal təcili əyləci çəkdi. Qışqıraraq və fit çalaraq da yaşlı qadını xəbərdar etməyə çalışan Xu, yaşlı qadının diqqətini çəkə bilməyincə toqquşmağa  10 metr qala qatardan atılıb  yaşlı qadını relsdən uzağa itələdi. Ancaq Xu zamanında ayağını  relsdən çəkə bilmədi və qatarın altına sıxışıb qaldı. Təhlükəsizlik qeydlərində Xunun yerdə ağrıdan qıvrılarkən belə yaşlı qadının yaxşı olub, olmadığını soruşması gözlərdən qaçmadı.
Xəstəxanaya qaldırılan Xunun ayağı  kəsildi. Yaşlı qadın daha sonra xəstəxanada Xuya minnətarlığını ifadə üçün diz çökərkən göstərildi.