65 yaşlı müəllimi intihara təhrik edən səbəblər... - Psixoloq ehtimalları sadalayır
11:56 05.06.2018
Arxiv
1161
"Hər bir intiharın səbəbi araşdırılıb, yekun nəticələri öryənilməlidir”
Bu sözləri "Sherg.az”a İmişlidə müəllimin intihar etməsinə münasibət bildirərkən psixoloq Aytən Ələkbərova bildirib.
Onun qənaətincə, müəllimin intihar etməsinin bir çox səbəbləri ola bilər:
"Xanımın 65 yaşının olmasının bu addımı atmasına bəzi təsirləri var. Amma intiharın sırf yaş kateqoriyası ilə əlaqəsi yoxdur. Hər yaşda insan intihar edə bilir. Ola bilər ki, müəllim psixi tramvatiq düşüncə pozutusu yaşayıb. Yəni bu, birbaşa onun psixologiyasına təsir edib. Digər tərəfdəndə artıq 65 yaşı tamam olur və işdən ayrılmalı olur. Bir müddət işləyən insanların işdən ayrılması onlar üçün çox dəhşətli ola bilər. Bəlkə işdən ayrılmağı ona dünyanın sonu kimi gəlir. Bunu özlərində manipulasiya etmələri həddindən artıq çətin olur. Bəzən görürsən ki, güclü insanlar sonda qalib gəlir. Düşünür ki, "nəvə-nəticələrin var. Artıq illərdi işləmişəm. Artıq mənim də dincəlmə vaxtım gəlib”. Belə olduqda insan psixaloji tramavasına qalıb gəlir. Amma bəzən bunların təsirinin altından özləri belə çıxa bilmir. Bura da səbəblər araşdırılmalıdır ki, bu insanın psixosomatik düşüncəsini pozan hansı hallar olub. İşə getməməkmi, işdən ayrılmaqmı onun bu addımı atmasına gətirib çıxarıb. Artıq xanımın 65 yaşı var və o təqaüdə çıxmalıdır. Bununla birlikdə digər səbəblər də araşdırılmalıdır. Yəni belə bir addımı işdən ayrılmağına görəmi atıb yoxsa, ailədə yaranan münaqişələrinmi təsisirindən atmalı olub. Əvvəlcə bu məsələnin kökü araşdırılmalıdır.
Bunun emosional stresdən və ya psixosmatik düşüncədən yarandığı aydınlaşmalıdır. Psixoloji streslər iki yerə ayrılır. İnformasiyanı qəbul etdirən və emosional streslər var. Müəllim hansısa stresdə olduğu üçün belə bir yola üz tutub. Bunun heç bir yaş önəmi yoxdur. Çünki bəzən görürsünüz ki, insanların şəxsiyətlərin aspektləri nisbətən davamlı və uzun müddətli olur. Həmin şəxslərin aspektləri davam etdikcə ilk növbədə ətrafındakılar ona kömək olmalıdırlar. Artıq kömək olunmaqda psixosomatik şəxsiyyətlərdə sağlam insana məxsus bütün əlamətlər olsada, onlar zəifləmir, gücdən düşmür. Özlərini daha ahəngsiz şəkildə göstərməyə başlayırlar. Bunun səbəbləri əhatəli şəkildə araşdırılmalıdır. Əgər araşdırılsa, onun bu addımının arxasında nəyin durduğu ortaya çıxacaq. Ən azından özü həyatda olmasa da, ətrafındakıların vasitəsi ilə biz bunu tam şəkildə öryənə bilərdik. Biz araşdırdıqca bunun içərisindən sanki nəzəriyyədən öryəndiyimiz və insanın üzərindən müşahidə etdiklərimizin hamısına o psixoloji stresdə fərdin normal fəaliyyəti kimi qeyri-adi hal olaraq qəbul edə bilirik.
Hər bir halda onların istər emosional vəziyyətdə, istəsər də psixoloji stresdə fərqin normal hədinin qeyri-normal halıdır. Biz baş vermiş hər bir intiharın səbəbini araşdırmalıyıq. Yəni bunu hansı səbəbdən edib. Bəzən onların vəkilləri müraciət edib, bunun səbəblərinini öryənirlər. Artıq bura da bir başa ortalığa çıxır ki, emosional stresdə bu insanın psixosomatik düşüncəsi pozulduğuna görə, ruhsomatik xəstəliklər adı altında artıq diaqnoz qoyulur. Beləliklə də intiharın səbəbi aydın olur”.
Qeyd edək ki, ötən gün günorta saatlarında İmişlidə intihar hadisəsi baş verib. İmişli şəhərindəki 1 saylı orta məktəbin 65 yaşlı müəllimi Xanım Qanı qızı Cəfərova yaşadığı mənzildə sirkə turşusu içərək intihar edib. Müəllimin həyat yoldaşı bazardan evə qayıdarkən onu huşsuz vəziyyətdə aşkarlayaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdısa da, artıq gec olub".
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm