89 yaşlı qadının təqaüd kartından 2080 manat oğurlandı
11:06 04.07.2017
Arxiv
570
Qusarda 89 yaşlı qadının təqaüd kartından pulu çıxarılaraq oğurlanıb.
Sherg.az -ın DİN-ə istinadən xəbərinə görə, iyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, sonuncu dəfə həmin kart vasitəsilə ötən ilin avqust ayında pul çıxardıqlarını bildirib.
Məlumatla əlaqədar yaradılan əməliyyat qrupu araşdırmalara başlayıb. Polis əməkdaşları oğurluğun Z.Nurullayevanın evində kirayədə yaşayan şəxs tərəfindən törədilməsi barədə əməliyyat məlumatı əldə ediblər. Görülən tədbirlərlə zərərçəkmişin evində yaşayan kirayənişin şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla onun Sələh-oba kənd sakini Ruslan Hacımətov olması müəyyən edilib. Polis əməkdaşlarının tutarlı dəlilləri qarşısında o, törətdiyi əməli etiraf edib.
Müəyyən edilib ki, R.Hacımətov ailəsi ilə birlikdə ev sahibəsinə kömək edəcəkləri barədə razılaşaraq təmənnasız onun evində yaşayırmışlar. Həmin qadının hər ay təqaüd aldığını bilən onun bank kartının saxlanc yerini müəyyən edərək cari ilin fevral ayından iyun ayına qədər həmin hesabdan mütəmadi olaraq pul çıxarıb, şübhə doğurmamaq üçün isə kartı qaytarıb yerinə qoyub.
Aparılmış tədbirlərlə zərərçəkmişin ümumilikdə 2080 manatının oğurlanması müəyyən edilib.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya