99 dövlət əmlakı özəlləşmədə - VAXT
15:21 18.02.2019
Arxiv
523
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri martın 19-da keçiriləcək.
Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə hərraca ümumilikdə 99 dövlət əmlakı çıxarılıb. Onlardan 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir.
Bərdə, Goranboy, Lerik, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca "Şəki Tikinti Quraşdırma”, "Oğuz Kəndkimya”, "Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri çıxarılıb.
İnvestorlar üçün yeni biznes imkanları yaradan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m arasındadır. Bu dövlət obyektləri paytaxtla bərabər ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Sərmayəçilər biznes planlarına uyğun ticarət, turizm, ictimai iaşə və digər xidmət obyektləri üzrə seçim edə bilər. Dövlət əmlaklarından biri Yevlax şəhəri, S.C.Pişəvəri küçəsindədir. Əvvəllər mehmanxana kimi fəaliyyət göstərən müəssisənin ümumi faydalı sahəsi 1562.6 kv.m, birlikdə özəlləşdirildiyi torpaq sahəsi isə 2835.8 kv.m-dir. Yeni biznesə başlayanlar üçün maraqlı olan ticarət obyektləri paytaxtda, İmişli, Masallı, Gəncə kimi şəhər və rayonlarda yerləşir.
Özəlləşdirməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12.5 kv.m və 213.7 kv.m arasındadır. Bu növ dövlət əmlaklarından 8-i Bakıda, 4-ü Sumqayıtda, 2-si Daşkəsəndə digərləri isə Sabirabad, Bərdə və Tərtər rayonlarındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi paytaxtın Xətai rayonu, R.Məmmədov küçəsindədir. Vətəndaş 2 min 500 manat beh ödəyərək xidmət və ofis obyekti kimi fəaliyyətə imkan verən dövlət əmlakının hərracında iştirak edə bilər.
2007-ci ildə istehsal olunan avtomobillər "QAZ" və "UAZ" markalarına aiddir. Qeyd edək ki, bu nəqliyyat vasitələrinin ilkin satış qiymətləri 1800 manat və 3 min 500 manatdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol