ABŞ-dakı silahlı insident terror aktı kimi qiymətləndirildi




ABŞ Daxili təhlükəsizlik nazirliyi Pensilvaniya ştatında polis əməkdaşlarına edilən hücum terror aktı kimi qiymətləndirilib.


APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.


Dekabrın 22-də ABŞ-a Misirdən gəlmiş Əmin Əl-Mofti Pensilvaniya ştatının Harrisberq şəhərində polis əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində bir asayiş keşikçisi yaralanıb.


ABŞ Daxili təhlükəsizlik nazirliyinin nümayəndəsi Tayler Houlton hadisəni terror hücümu adlandırıb. O həmçinin qeyd edib ki, ABŞ vətəndaşı olan Əl-Mofti ölkəyə ailə miqrasiyası proqram vasitəsi ilə gəlib.