"ABŞ dolların başqa valyutalar qarşısında möhkəmlənməsində çox maraqlı deyil"






"Dollar və avronun məzənnəsinin bərabərliyi çox vaxt alacaq”

Bu barədə "Sherg.az”a dollar və avronun məzənnəsinin bərabərləşməsini şərh edərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, əslində il yarım, iki il kimi uzun müddətli trendlə baxsaq, belə bir ehtimal çox yüksəkdir:

"Çünki ABŞ-da Federal Rezerv Sistemi (FRS) faiz artımında israrlıdır. Bu il artıq bir dəfə faiz artırıb. Amma ilin sonun qədər toplantılarda iki dəfə faiz artımına gedəcəyini bəyan edib. Hətta üç dəfə olması ehtimalı səsləndirilib. 

Bu o deməkdir ki, dolların indeksi düyada yüksələcək. Həmçinin kifayət qədər yüksəlməsi trendi də baş verir. Qış aylarında dollar indeksi 89 punkta qədər enmişdi. İndi artıq 95-96 punkta qədər qalxıb. Yəni bütün valyutalara nisbətən dollar bahalaşıb. Əsasəndə avroya qarşı ciddi bahalaşma müşahidə olunub. 

Bir neçə ay bundan əvvəl bir avro 24 sentə bərabər idi. Bu gün artıq 1 avro, 1dollar 15 sentə qədər bahalaşıb. Yəni kifayət qədər sürətlə gedən bir prosesi izləyirik. Gələcəkdə FRS-i öz planında israrlı olsa və faiz artımı daha sürətlə getsə, avro qarşısında dollar daha da möhkəmlənməsi çox yüksəkdir. Amma bir amili də nəzərə almaq lazımdır ki, Avrozonaya daxil olan ölkələrədə, həmçinin avronun özünə də bu vəziyyət xoş deyil. Avronun bahalaşması ticarət balansında Avropanın Amerikaya uduzmasına səbəb olur. 

Ona görə də Avrozona ölkələri də, o cümlədən Avropa Mərkəzi Bankı da (AMB) müəyyən addımlar atacaq. Həmin addımlar avronun daha da möhkəmlənməsinin qarşısının almasına istiqamətlənəcək. Bu da Avrozonada faiz artımının olması ehtimalını gündəmə gətirir. AMB-nın növbəti toplantısı iyun ayında olacaq. Çox güman ki, AMB-da iyun ayındakı toplantıda Avrozonada da faiz artımına getməsi ilə bağlı ilkin bəyanatı səsləndirəcək. 

Bunu səsləndirsə, Azvrozonada faiz artımına getməsi özünü doğrultsa, o zaman avronun dollar qarşısında möhkəmlənməsi sürəti azalacaq. Yəni, son zamanlar avro qaşısında dollar daha sürətlə bahalaşır. Amma bunun qarşısını alacaqlar. Bu, baş verərsə, avroyla dolların məzənnəsinin bərabər olması kifayət qədər böyük zaman ala bilər. 

Düşünürəm ki, yaxın bir-iki ildə belə bir ehtimalların yüksək olduğunu qəbul etsəm də, amma il sonuna qədər bu ehtimalın olması çox aşağıdır. Düşünürəm ki, ABŞ-da dolların başqa valyutalar qarşısında möhkəmlənməsində çox maraqlı deyil. 

Ona görə də, yaxın zamanlarda FRS-də bunun qarşısını ala biləcək müəyyən addımlarnıda görə bilərik. Qısası, dünyada çoxdandır ki, valyuta müharibələri var. Bu anlayış artıq iqtisadiyyata oturub. Bu valyuta müharibələrinin davam etməsi ehtimalı çox yüksəkdir. Hər bir ixracatçı ölkə öz pul vahidinin çox möhkəmlənməsinin marağında deyil.

 Əksinə pul vahidinin daha ucuz olmasının marağındadır ki, ixracatı daha da artsın. Bu nöqteyi- nəzərdən bütün ölkələr çalışacaqlar ki, öz pul vahidlərinin digər valyutalara nisbətən bahalaşmasının qarşısını alsınlar. Yaxın gələcəkdə avro dollar bərabərliyinin o qədər yüksək ehtimal olmadığını düşünsəm də, bunun il yarım, iki il müddərində baş verməsi çox yüksəkdir”.

Kənan Eynuroğlu