ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi





ABŞ-ın İrəvandakı səfirliyi Amerika vətəndaşlarını Ermənistana səfər edərkən ayıq-ssayıq olmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda deyilir.
"ABŞ-ın İrəvandakı səfirliyi bayram tətili günlərinin yaxınlaşması ilə əlaqədar vətəndaşlarını ayıq-ssayıq olmağa çağırır. Bu dövr ərzində qarət və soyğunçuluq halları arta bilər”, - deyə məlumatda vurğulanır.
Diplomatik nümayəndəlikdə bəyan ediblər ki, transmilli terror təşkilatları və ekstremist ideologiyası ilə ruhlanan ayrı-ayrı şəxslər tərəfindən daim təhlükə var.
"Ekstremistlər turistlərin çox olduğu yerləri, o cümlədən, ticarət mərkəzlərini, aeroportları, klubları, restoranları və nəqliyyat qovşaqlarını diqqət mərkəzində saxlayırlar”, - bəyanatda qeyd olunur.