ABŞ Əsədə qarşı döyüşən qüvvələrə dəstəyini dayandırıb - "Washington Post" yazır





ABŞ Suriyada Bəşər Əsədə qarşı döyüşən qüvvələrə dəstəyini dayandırıb.

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.

Xəbərdə deyilir ki, ABŞ-ın 4 il əvvəl başlatdığı bu proqram 2015-ci ildə rus qoşunlarının B.Əsədə dəstək üçün Suriyaya gəlişindən sonra məxsusi olaraq gücləndirilmışdi.

Artıq 1 aya yaxındır ki, ABŞ B.Əsədə qarşı mübarizə aparan qüvvələrə göstərilən dəstəyin dayandırılması ilə bağlı qərar verib.
Bundan başqa qəzet yazır ki, Tramp bu addımı atmaqla Rusiya ilə işləməyin yollarını tapmağa çalışır.

Qeyd edək ki, iyulun 7-də Almaniyanın Hamburq şəhərində baş tutan G-20 sammitində ABŞ-la Rusiya arasında Suriyanın cənub - qərbində atəşkəsin elan olunmasına nail olundu.İlk dəfə idi ki, ABŞ, Rusiya və Almaniya liderləri görüşürdülər. Onu da yada salaq ki, ABŞ -ın sabiq prezidenti Barak Obama 2013-cü ildə B.Əsədə qarşı döyüşən qüvvələrə dəstəklə bağlı hazırlanan bu proqramı bəyənirdi. Və bu proqram əsasında həmin qüvvələri geyim, qida və silahlarla təmin edirdi.


Tərcümə etdi: Ayyət ƏHMƏD