
ABŞ-İran gərginliyinin neftin qiymətinə təsiri - Nə bahalaşacaq nə də, ucuzlaşacaq
14:32 22.05.2019
Arxiv
530
Çin İrandan neft idxalını dayandırıb. Çinin belə addım atmasına səbəb Amerikanın sanksiyalarına tuş gəlməkdir. Məlumdur ki, Amerikanın tələb və istəklərindən biri də Çinin sanksiyalara qoşulması idi. Maraqlıdır, bütün bunlar neftin qiymətinə nə kimi təsirlər göstərəcək?
Mövcud durumla bağlı "Sherg".az - a açıqlama verən Neft Araşdırmalar Fondunun rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, Çinin Gömrük Komitəsi İrandan neft idxalının sıfıra endirdiyini təsdiq edib:
"Bunu da ABŞ-ın sanksiyaları ilə əlaqələndirirdilər. Çünki əks təqdirdə maliyyə sanksiyaları və fəsadları daha ağır ola bilərdi. Yəni, bütün bunların qlobal şirkətlər üçün mənfi təzahürləri daha çoxdur.
Bütün bunlardan sonra neftin qiymətində artım müşahidə olunması ilə bağlı söz-söhbətlər gedirdi. Ancaq görürük ki, bu gün neftin qiymətində enmələr müşahidə edilir. Çünki artıq İran nefti ilə bağlı bütün risklər əvvəlki dövrdə olurdu.

Ona görə də hazırda neftin qiymətinin düşməsi Çin faktoru və ya digər amillərlə bağlı deyil, ABŞ-da Tramp Administrasiyasının və enerji ehtiyatlarının artımı ilə bağlı olan xəbərlərdən qaynaqlanır. Nəticə etibarı ilə hazırda neftin qiymətində enmələr müşahidə olunur.
Ümumilikdə isə bazar ona köklənir ki, aprelin 19-da Tramp Administrasiyası qərar verdi ki, 8 ölkə mayın 2-dən İrandan neftin idxalını sıfıra endirməlidir. Bu müddət ərzində Yunanistan və İtaliya, idxalı tamamilə sıfırlayıbsa, digər ölkələr də mayın ikinci yarısına qədər həmin idxalı dayandırmaq məcburiyyətində oldular. Bundan sonra biz İran tərəfinin neftinin qiymətinin bahalaşmasını müşahidə etmədik. Çünki onların bazarda kifayət qədər neft təcrübələri var. Buna görə də neftin qiyməti 70 dollar ətrafında olur. Bundan sonra da müəyyən hadisələr ola bilər. Lakin neftin kəskin şəkildə ucuzlaşmasını və yaxud bahalaşmasını müşahidə etməyəcəyik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya