ABŞ nə istəyir, onu da edir
19:46 08.09.2016
Arxiv
479
Gələn il neftlə bağlı tamam başqa bir mənzərənin şahidi olacağıq
"Dünyanın ən iri treyderləri neftin qiymətində ciddi artım gözləmir”. Bu barədə "SOCAR Trading SA” şirkətinin rəhbəri Arzu Əzimov bildirib. Onun sözlərinə görə, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər 2014-cü ildən (neft ucuzlaşmağa başlayandan) etibarən milyardlarla dollar həcmində investisiyalardan imtina edib:
"Problem ondadır ki, qiymətlər artmağa başlayan kimi, ABŞ şirkətləri hasilatı artırmağa başlayır. Buna görə, qiymət diapazonu 40-50 dollar, maksimum 55 dollar ətrafında dəyişir”. Qurum rəhbərinin fikirlərini şərh edən iqtisadçı-ekspert Oktay Haqverdiyev də qeyd edib ki, neftin qiymətinin qalxıb-enməsi ABŞ-dan asılıdır: "Amma bizim Vaşinqtona təsir mexanizmimiz yoxdur. Azərbaycan ABŞ-a necə təsir göstərə bilər ki? Biz onlara neftin qiymətini stabil saxlaması və ya azaltması barədə göstəriş verə bilmərik. Azərbaycanın neft bazarında xüsusi çəkisi bir faiz də deyil. Amerikanın öz siyasəti var. Nə istəyir, onu da edir. A.Əzimovun məlum iddiası elə təəssürat yaradır ki, guya, ABŞ bizim düşməndir. Və məhz Azərbaycana görə belə addım atır. Ancaq bu, belə deyil. Bu iddianın heç bir əsası yoxdur”.
Ekspert sonda neftin qiymətinə dair də proqnozlar verdi: "Bu ilin sonuna qədər neftin qiyməti 40-50 dollar arasında dəyişəcək. Gələn isə tamam başqa bir mənzərənin şahidi olacağıq. Amma o vəziyyətlə bağlı konkret bir söz deyə bilmərəm. Bütün məsələləri araşdırıram”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media