Bununla da Amerika Səudiyyəni tamamilə özündən asılı vəziyyətə salmaq istəyir
ABŞ Qaşıqçı olayının tam açılmasını istəmir
08:09 20.11.2018
Arxiv
698
Vaşinqton açıq-aşkar öz adamı olan vəliəhd Məhəmməd bin Salmanı qoruyur
Bununla da Amerika Səudiyyəni tamamilə özündən asılı vəziyyətə salmaq istəyir
Bununla da Amerika Səudiyyəni tamamilə özündən asılı vəziyyətə salmaq istəyir
Uzun müddət keçməsinə rəğmən, "Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı cinayəti hələ də açıqlığa qovuşmayıb. Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qəddarlıqla qətlə yetirilən jurnalistin meyiti hələ də tapılmır. Məlumdur ki, Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: "Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.
Bu arada "Vaşinqton post” qəzeti də jurnalistin öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyi barədə məlumat yayıb. Qaşıqçı cinayətini araşdıran prokuror isə qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib. Avropa ölkələri də cinayətə görə Ər-Riyad hökumətinə sanksiya tətbiq etməyə başlayıblar. Almaniya hökuməti Səudiyyə Ərəbistanının 18 rəsmisinə ölkəyə gəlmək qadağası qoyub. Lakin Səudiyyəni müdafiə edən ABŞ tərəfi səssizliyini qoruyur. Ağ Ev rəsmilərinin açıqlamasına görə, Prezident Donald Tramp jurnalist Camal Qaşıqçının qətli ilə bağlı səs-küyü mənasız hesab edir. Məlumata görə, Tramp jurnalistin müəmmalı şəkildə öldürülməsi ilə bağlı ciddi reaksiya sərgiləmək niyyətində deyil. Prezidentin fikrincə, baş vermiş hadisənin dünya birliyi üçün önəmi həddən ziyadə şişirdilib. Guya Tramp köməkçilərindən soruşubmuş:
"Axı nə üçün Qaşıqçı məsələsində ABŞ hansısa mövqe tutmalıdır?! Jurnalist ABŞ vətəndaşı olmayıb, qətl də ölkə ərazisində törədilməyib”.
Öldürülən jurnalist ətrafında cərəyan edən prosesləri "Şərq”ə şərh edən politoloq Əhəd Məmmədli deyib ki, Amerika güclü olduğu üçün imicini itirmək problemini düşünmür. Ona görə də rahat davranır: "Bütün etdiklərinə rəğmən, hələ də kifayət qədər insan ABŞ-ı "demokratiyanın carçısı” adlandırır.
Qaşıqçı məsələsinə gəldikdə isə Vaşinqton açıq-aşkar öz adamı olan vəliəhd Məhəmməd bin Salmanı qoruyur. Bununla da Səudiyyəni tamamilə özündən asılı vəziyyətə salmaq istəyir. Ər-Riyad uzun müddət İngiltərənin nəzarətində olub. Avropanın Səudiyyənin hansısa şəxslərinə sanksiya tətbiq etməsi təsirli vasitə deyil. Qaşıqçı qətlinin arxasında Məhəmməd bin Salmanın olduğu təsdiqlənsə belə, ABŞ şahzadəni qorumağa davam edəcək. Bu olay ABŞ-ın onsuz da son illərdə kifayət qədər zədələnmiş imicini daha da sarsıdacaq. Lakin Tramp Obama deyil. Yəni biznesmen Tramp üçün əsas ölkəsinin demokratik imici yox, öz iqtisadi maraqları önəmlidir. Bunu amerikalı ekspertlər özləri deyirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual