ABŞ-Rusiya arasında soyuq savaş qaçılmazdır
12:53 16.02.2017
Arxiv
634
Vaşinqtonun Kremlə dərs verəcəyi ehtimalı böyükdür
ABŞ Prezidenti Donald Trampın administrasiyasından Rusiyanı şok edəcək açıqlama yayılıb. Ağ Ev sözçüsü Sean Spicer Trampın Rusiyadan Krımı Ukraynaya qaytaracağını gözlədiyini deyib:
"Tramp Rusiyadan Ukraynada gərginliyi azaltmasını və Krımı qaytarmasını gözlədiyini açıq şəkildə ifadə edib. Rusiyaya sanksiyalar mövzusunda da hər hansısa dəyişiklik olmayacaq”. ABŞ rəsmisi ölkəsinin Rusiya ilə yaxşı münasibətlər qurmaq istədiyini də qeyd edib. Xatırladaq ki, yaxın müddət ərzində Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacağı deyilir. Ekspertlər bəyan edirlər ki, əgər Tramp Ukrayna və Krım məsələsində sələfi Obamanın siyasətini yeridəcəksə, o zaman Ağ Ev rəhbərinin Putinlə görüşü heç bir nəticə verməyəcək. Hətta siyasi şərhçilər bu cür sərt açıqlamaların Vaşinqtonla Moskva arasında əlavə gərginlik yaradacağını bəyan edirlər.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Krım Rusiyanın tərkib hissəsidir. Bunu Trampla yanaşı, Putin də çox yaxşı dərk edir:
"Moskva Luqansk və Donetski işğal etməklə, fokusları Krımdan yayındırmaq istəyir. Şərqi Ukraynada baş verənlər Krım problemini unutdurmağa yönəlib. Lakin Ukraynada cərəyan edən proseslər artıq
ABŞ-ın təhlükəsizlik probleminə çevrilib. Odur ki, Vaşinqtonun Kremlə dərs verəcəyi ehtimalı böyükdür. Prezidentin kim olmasının elə də böyük önəmi yoxdur. Milli təhlükəsizlik və Amerikanın maraqları baxımından ABŞ-Rusiya arasındakı soyuq savaş qaçılmazdır. Tramp istəsə belə, Rusiyanın qarşısından geri çəkilə bilməz. Əgər bunu edərsə, onun hakimiyyətinin sonu gələ bilər. Bu baxımdan, Trampın Putinlə görüşünün nəyisə dəyişəcəyini düşünmürəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə