"ABŞ Türkiyəyə qarşı qərəzli addımlar atsa, əməkdaşlıq pozulacaq"
11:36 28.02.2018
Arxiv
707
"Görüşdə ya iki ölkənin xarici işlər nazirləri, ya da onların səlahiyyətli təmsilçiləri iştirak edəcək”.
Bu barədə "Sherg.az”a Türkiyə ilə ABŞ arasında baş tutacaq görüşdən danışarkən politoloq Tofiq Abbasov bildirib.
O vurğulayıb ki, konfransda geniş heyət - beyin mərkəzlərinin nümayəndələri, politoloqlar fikir mübadiləsi apara bilərlər:
"Adətən belə görüşlər münasibətlərdə yaranan gərginliyin aradan qaldırılmasına yönəlir. Xatırlatmaq istərdim, Azərbaycan-Amerika formatında da bir neçə görüş keçirilib. 2013-cü ilin may ayında Bakıda "Azərbaycan-Amerika münasibətləri: Gələcəyə baxış” adlı tədbir təşkil edilmişdi. Təəssüf ki, bundan sonra Amerika mətbuatında Azərbaycanla bağlı mənfi məlumatlar dərc edilməyə başladı.
Türkiyə və ABŞ arasında keçirilən bu görüşdə də tərəflər bir-birinə qarşı qərəzsiz yanaşmalıdır. Bu tədbirdən sonra da Amerika Azərbaycanla olduğu kimi, Türkiyəyə qarşı da qərəzli addımlar atsa, əməkdaşlıq pozulacaq.
Türkiyə Yaxın Şərqdə gedən proseslərlə bağlı mövqeyini möhkəmləndirir. Bölgədə fövqəl qüvvə olduğunu, milli maraqları olduğunu göstərir. Bu, Amerikanın xoşuna gəlməsə də qəbul etmək məcburiyyətində qalır. Görüşdə ilk növbədə mövqelər müəyyənləşdirilməlidir ki, tərəflərin bir-birinə olan iddialarında aydınlıq yaransın. Belə olarsa, geosiyasi arenada düzgünlük artar”.
Qeyd edək ki, iki ölkə arasında Fətullahçı Terror Təşkilatıyla (FETÖ) mübarizə, İraq və Suriya mövzusu başda olmaqla bir sıra mövzularla bağlı danışıqların ilkin mərhələsi 8-9 martda ABŞ-da gerçəkləşəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou