"Bu siyahıya Türkiyə ilə bərabər Şimali Koreya, Çin, Rusiya, İran, Avropa ölkələri və s. də daxildir. Görünən odur ki, Amerika təkqütblü dünya düzəninin olmasını arzulayır. Digər dövlətlər isə buna müqavimət göstərir. Türkiyə və Amerika arasında münasibətlərin pozulmasının başqa heç bir əsası yoxdur”.
"ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq etməyəcək, çünki..."
16:12 10.08.2018
Arxiv
1097
"Ağ Ev anlayır ki, Türkiyəni itirmək Yaxın Şərq, Orta Asiya üzərində nəzarəti itirmək deməkdir. Bu, Rusiya və Çinin güclənməsinə şərait yaradacaq"
"Bu siyahıya Türkiyə ilə bərabər Şimali Koreya, Çin, Rusiya, İran, Avropa ölkələri və s. də daxildir. Görünən odur ki, Amerika təkqütblü dünya düzəninin olmasını arzulayır. Digər dövlətlər isə buna müqavimət göstərir. Türkiyə və Amerika arasında münasibətlərin pozulmasının başqa heç bir əsası yoxdur”.
"Amerikanın ümumi siyasəti göstərir ki, Donald Tramp yeni dünya düzənini dizayn etməyə çalışır”.
Bunu "Sherg.az”a ötənlərdə ABŞ-da Türkiyə-Amerika nümayəndələri arasında baş tutan diplomatik danışıqların nəticələrinə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu söyləyib.
O bildirib ki, ABŞ yeni dizaynda söz sahibi olmaq istəyən dövlətlərə, o cümlədən Türkiyəyə qarşı təzyiq göstərir:
"Bu siyahıya Türkiyə ilə bərabər Şimali Koreya, Çin, Rusiya, İran, Avropa ölkələri və s. də daxildir. Görünən odur ki, Amerika təkqütblü dünya düzəninin olmasını arzulayır. Digər dövlətlər isə buna müqavimət göstərir. Türkiyə və Amerika arasında münasibətlərin pozulmasının başqa heç bir əsası yoxdur”.ABŞ-ın Türkiyəyə qarşı kəskin sanksiya tətbiq edəcəyinə dair proqnozlara gəlincə, S. Cəlaloğlu bu halın inandırıcı olmadığını söyləyib:
"Amerika Türkiyəyə qarşı ciddi sanksiya tətbiq etməyəcək. Çünki həm rəsmi Ankara Vaşinqtonun strateji müttəfiqidir, həm də Türkiyəyə sanksiyalar tətbiq etməklə Rusiya və Çinə doğru istiqamətləndirmiş olur. ABŞ anlayır ki, Türkiyəni itirmək Yaxın Şərq, Orta Asiya üzərində nəzarəti itirmək deməkdir. Bu, Rusiya və Çinin güclənməsinə şərait yaradacaq".
Qeyd edək ki, Türkiyə xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi heyət ABŞ-da bir sıra görüşlər keçirib. Lakin görüşün nəticələri haqqında hər hansı bir informasiya yoxdur. ABŞ mediası kritik xüsusi maraq göstərməyib. Amerikalı rahib Bransonun Türkiyədə həbs edilməsindən sonra pisləşən Türkiyə-Amerika münasibətlərini yoluna qoymaq məqsədilə Vaşinqtona səfər edən 9 nəfərlik türk nümayəndə heyətinin görüşləri və apardıqları müzakirələr haqqında yalnız Röyter və Assoşieyted Press agentlikləri xəbər yayıb. Bu təmaslara geniş yer verən "Wall Street Journal” isə danışıqların uğurlu keçmədiyini, Türkiyəyə qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini yazıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya