"ABŞ və region dövlətləri ilə əlaqələrimizi genişləndiririk" - Millət vəkili
11:14 14.01.2019
Arxiv
1384
"Azərbaycanın xarici siyasət strategiyası qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Parlament üzvü bildirib ki, rəsmi Bakı dünyanın bütün ölkələri, o cümlədən Qərbin nüfuzlu birlikləri ilə yaxın münasibətlər qurur, hərtərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir:
"Azərbaycanın digər dövlətlərlə münasibətləri qarşılıqlı maraqlara söykənir və bu istiqamətdə daim öz siyasətimizi formalaşdırırıq. O cümlədən, Avropa Birliyi ölkələri ilə enerji və humanitar sahədə əlaqələr genişlənir. Bugün Avropa ölkələri Azərbaycanın ticarət dövriyyəsində ən əsas tərəfdaşlar sayılır.
Ona görə də çalışırıq ki, Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığı daha da inkişaf etsin. Bununla yanaşı, həm ABŞ, həm də region dövlətləri ilə əlaqələrimizi genişləndiririk və bu sayədə mühüm strateji layihələrimizi həyata keçiririk. Məhz əksər dövlətlərin bu layihələrdə maraqlı olması həm layihələrin uğurlu alınmasına əsas yaradır, həm də qarşılıqlı əlaqələri inkişaf etdirir”.
Qeyd edək ki, yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı keçən il xarici siyasət sahəsində mühüm uğurların olduğunu vurğulayıb. Bəyan edib ki, keçən il xarici ölkələrə 16 səfər edib və Azərbaycana 16 dövlət və hökumət başçısı gəlib: "Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol