"ABŞ vəTürkiyə bir-birinə qarşı addım ata bilməz"- Politoloq






"Amerika və Türkiyə arasındakı gərginliyin, söz müharibəsinin ciddi mənfi nəticələri olmayacaq”.

Bunu "Sherg.az”a ABŞ və Türkiyə arasındakı konfliktlərin yekunu barədə proqnozlarını səsləndirərkən politoloq Zərdüşt Əlizadə deyib. 

O düşünür ki, Türkiyə ABŞ-a, ABŞ isə Türkiyəyə qarşı heç bir addım ata bilməz:

"Türkiyə sərhədlərini möhkəm saxlayır. Türk ordusu daim hazırlıqlı, təhlükələrə qarşı təminatlıdır. Daxili siyasi vəziyyətə gəlincə, prezident Rəcəb Tayyib Ərdoğanın partiyasının böyük hörməti var. Heç bir xarici təsir Türkiyədəki hakim rejimi sarsıda bilməz.

ABŞ və Türkiyə eyni hərbi blokun-– NATO-nun üzvüdür. Bu mənada Amerikanın Türkiyəyə qarşı addım atması gözlənilmir".

Qeyd edək ki, R. T. Ərdoğan ABŞ-ın YPG terrorçularına hərbi dəstəyini nəzərdə tutaraq, ABŞ-ı Türkiyə üçün təhlükə adlandırıb. Onun sözlərinə görə, ABŞ Suriyanın şimalındakı kürd terrorçularına silah-sursatla dolu 5 000 yük maşını göndərib və bununla Türkiyə üçün təhlükə törətməyə çalışır.

Aysel Aslan