“Açıq - aşkar erməniləri ölkəyə gətirirlər” - Qarabağ qazisindən etiraz
10:59 22.09.2017
Arxiv
1084
Etimad Əsədov: "Bu işləri təşkil edən məmurlar, səfirlər, müxtəlif qurumlar hansı məqsədə xidmət edir ...? "
"Açıq - aşkar erməniləri ölkəyə gətirirlər”.
Bunu "Sherg.az”a erməni deputatların bu gün Milli Məclisdə konfransda iştirak etməsi ilə bağlı danışarkən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov deyib.
O bildirib ki, deputatların ölkəmizə gələcəyi ilə bağlı mətbuatda əvvəldən məlumat yayılıb:
"Müharibə vəziyyətində biz bunu qəbul etmirik. Dəfələrlə xalq diplomatiyası adı altında ermənilərin hüquq müdafiəçilərini, deputatlarını və s. ölkəmizə gətirib yemlədilər. Onlar isə buradan gedəndə Azərbaycanın əleyhinə danışdılar. Ona görə, Azərbaycan ictimaiyyəti – hər bir vətəndaş torpaqlar azad olunmayana qədər ermənilərin ölkəmizə gəlməsini istəmir.
Bu işləri təşkil edən məmurlar, səfirlər, müxtəlif qurumlar hansı məqsədə xidmət edir və bundan nə əldə edirlər, Azərbaycan hansı üstünlüyü qazanır ? Bunu cəmiyyətə açıqlasınlar. Erməni xisləti budur, torpaqlarımızı qaytarmayacaqları ilə bağlı bizi günü-gündən daha çox hədələyirlər. Hazırda Ağdamda ermənilər hərbi təlimlər keçirirlər. Bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının kürsüsündən işğalçı dövlətin başçısı torpaqları qaytarmayacağını bəyan etdi. Amma bizimkilər sadəlövhcəsinə "ermənilər Bakının gözəlliyini görəcək”, "tolerant olduğumuza şübhə etməyəcək”, "insanlarımızın ermənilərə normal münasibət bəsləməsi aşkar olacaq” və s. fikirlərlə addım atırlar. Bütün bunlar absurddur, boş, mənasız yanaşmalardır".
Qeyd edək ki, Milli Məclisdə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans başlayıb. Tədbirdə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iştirak edirlər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya