Açıq havada koronavirusa yoluxma riski var - Professor danışır
06:58 11.11.2020
Arxiv
360
Çirkli hava koronavirusa yoluxmaya imkan verir.
e-tibb.az xəbər verir ki, bunu Türkiyə Torokal Cəmiyyətinin rəhbəri, professor Həsən Bayram deyib. Onun sözlərinə görə, havada olan çirkli hissəciklər koronavirus daşıyıcısı ola bilər, ona görə də açıq havada da maska taxılmalıdır. Mütəxəssisin sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, qapalı mühitlərdə öskürəndə, yüksək səslə danışanda və güləndə çıxan damlacıqlar ətrafa yayılaraq müəyyən bir müddət havada qalır. Bu istiqamətdə tədqiqatların açıq sahələr üzrə də aparıldığına diqqət çəkən professor qeyd edib ki, havadan toplanan hissəciklərdə müxtəlif göbələklər, bakteriyalar, viruslar və antigenlər tapılıb.
Qeyd olunub ki, 2010-cu ildə Tayvanda aparılan araşdırmada, səhrada toz fırtınaları zamanı hissəciklərdə A qripi virusu olduğu təyin olunub. İtaliyada aparılan bir araşdırmada isə tədqiqatçılar havanı çirkləndirən hissəciklərdə koronavirus aşkarlayıblar.
Bu hissəciklərin xəstəliyə səbəb olduğunun hələ təsdiqlənmədiyini vurğulayan professor deyib ki, alimlər bu yöndə araşdırmaları davam etdirilər. Çünki havadakı hissəciklərdə virusun olması xəstəliyin bu şəkildə yayıla biləcəyi şübhəsini artırır. Virus havadakı hissəciklərdə günəşə məruz qalanda və bir müddət sonra təsirini itirir, ancaq səthlərə yapışa, küləyin təsiri ilə yayıla da bilər. Kimsə 10 dəqiqə ərzində canlılığını itirməmiş həmin hissəciklərlə nəfəs alanda xəstəliyə yoluxa bilər. Xüsusilə insanların çöldə sıx olduğu zaman, əhali çox olan şəhərlərdə, avtobus dayanacaqlarında, küçədə, parklarda bu cür yoluxmaların olması mümkündür.
Mütəxəssis havada yüksək çirklənmə saatlarında çölə çıxmamağı tövsiyə edib. Havada çirkliliyin səhər və axşam saatlarında sıx olduğunu bildirən professor evlərin havasını günorta saatlarında dəyişməyi də tövsiyə edib.
Onun sözlərinə görə, astma, ürək xəstəliyi kimi həssas xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar güclü hava çirkliliyi dövründə açıq havada çox vaxt keçirməməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz