Adnan Oktar Türkiyə prezidentinə məktub yazdı: “Əziyyət çəkirəm …”
12:56 13.01.2019
Arxiv
269
Təxminən 6 aya yaxındır ki, həbsxanada olan Adnan Oktar Türkiyə prezidentinə məktub yazıb.
Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, A.Oktar məktubunda cəza evindəki saxlanma şəraitindən narazılığını bildirib, vəziyyətinin yaxşılaşdırılmasını xahiş edib.
O, məktubu vəkilləri vasitəsi Türkiyə prezidenti başda olmaqla, bir neçə dövlət qurumunun rəhbərlərinə də ünvanlayıb.
A.Oktar Ərdoğana məktubunda bunları yazıb: "4 aya yaxın qaldığım Pınarhisar cəzaevində şərtlər yaxşı idi. İki aya yaxındır ki, burada əziyyət çəkirəm. Həbsxanada məhbus sayının həddindən artıq çox olması yaşayış şərtlərini ağırlaşdırır. 40 min nəfərin yatağı yoxdur. 80 min nəfər də eyni yatağı bölüşmək məcburiyyətindədir”.
Adnan Oktar'dan CumhurbaÅkanı ErdoÄan'a mektup! İÅte o ifadeler
Bununla yanaşı, A.Oktar məktubunda həbsxanada gigiyena, istilik sistemi, isti su təchizatının və qidaların da zəif olmasından şikayətlənib.
Prezidentdən təcili kömək istəyən A.Oktar "Hər şey cənab prezidentimizin əlindədir” deyə məktubunda bildirib: "Dünyaya lider və örnək olmaq məqsədilə yola çıxan Türkiyəmizin ədalət sistemini bu həbsxanada aşağılamağa çalışırlar. Bu tələni dağıtmaq, vətəndaşı dövlətinə küsdürmək oyununu durdurmaq prezidentimizin əlindədir. Türkiyə prezidentindən bu sadaladığım problemlərin aradan qaldırılması üçün təlimat verməsini bütün məhkumlar adından xahiş edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol