Aerokosmik sahədə yeni uğur: orbitə 7 peyk yerləşdirildi

Çin aerokosmik sahəsində növbəti uğurunu qazanıb.
"Sherg.az” "sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu ölkə iyun ayının 5-də "La fusée Longue Marche 11” adlı raket vasitəsilə 7 peykini orbitə yerləşdirib.
 Bu raket Sarı dənizdəki platformadan start götürüb. Bu, dünyada 3-cü hadisədir. 
Ilk dəfə 1999-cu ildə Amerika, 2008-ci ildə isə Rusiya dənizdəki platformadan raket vasitəsilə orbitə öz peyklərini yerləşdiriblər.
Tərcümə etdi: Ayyət Əhməd