Tanzaniyadan Türkiyəyə: 11 yaşlı balaca pəhləvan Ərdoğanla görüşünü danışdı

Tanzaniyada doğulan və 3,5 yaşında türkiyəli diplomat Ali Davudoğlu və həyat yoldaşı Yeşim Meço Davudoğlu tərəfindən övladlığa götürülən 11 yaşlı Osman Ali Davudoğlu yağlı güləşdə uğurları ilə diqqət çəkir.

Sherg.az xəbər verir ki, Osman Ali Davudoğlu sentyabrın 26-da keçirilən “Yağlı Güləş Prezident Kuboku” yarışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Balaca pəhləvan Prezident Ərdoğanla söhbət edib və onunla xatirə fotosu çəkdirib.

Osman Ərdoğanla görüşünü belə xatırlayıb:

“Yaxşı insan idi, səmimi və zarafatcıl idi. Həm də çox sakit biri idi”.

Qeyd edək ki, Tanzaniyada doğulan Osman Ali Davudoğlu kiçik yaşlarında valideynlərini itirib və 3,5 yaşında Türkiyədə övladlığa götürülüb. Hazırda Balıkəsirdə yaşayan 11 yaşlı Osman yağlı güləşlə məşğul olur.