Şənər: “Fənər"in Bakıdakı ayıbı... - VİDEO

Türkiyəli məşhur futbol şərhçisi dünən baş tutan “Turan Tovuz” və “Fənərbağça” arasında baş tutan yoldaşlıq görüşü zamanı rəqib futbolçuların hərəkətini tənqid edib.

Axar.az xəbər verir ki, Şənər bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib.

“Fənərbağça” “Turan Tovuz”la görüşdə 2-0 hesabı ilə qalib gəlir. Qrinvudun, Gündüzinin etdiyi ayıbdan danışım? Orada hazırlıq oyunu keçirilir. “Turan”ın büdcəsi səndən (“Fənərbağça”) daha aşağıdadır. Azərbaycanlı qardaşlarımız səni dəstəkləməyə gəliblər, sən də güləşçi kimi birini tullayırsan, birinin ayağına vurursan. Nə edirsiniz siz? İşimiz-gücümüz xaosdur. Bu nədir belə? “Turan” klubu zədələmək üçün oynamadı. Qırmızı kartla oyunçu qovuldu, normalıda 10 nəfərlə davam etməli idilər, amma İsmayıl Kartalla “Turan”ın baş məşqçisi razılaşdılar ki, qırmızı vərəqə alan oyunçuların yerinə oyuna başqası daxil olsun. Dünyada ilk dəfə belə bir şey oldu”, - Şənər bildirib.

VİDEO