Əhməd Yusifov dünya çempionu oldu

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Teleqraf xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Qazaxıstan təmsilçisi Şerzod Davlatovu məğlub edərək qızıl medal qazanıb.

Beləliklə, Əhməd Yusifov dünya çempionu adını qazanıb və Azərbaycan millisinə yarışda ilk medalı qazandırıb.