Ağdamdakı məşhur “Çay evi”nin açılış mərasimində Vəfa Quluzadə də iştirak edib

26 iyul 1986-cı ildə Ağdamda məşhur "Çay evi”nin təntənəli açılış mərasimi olur. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri işləyən mərhum Vəfa Quluzadə də iştirak edir.
 "Çay Evi”-nin ideyası "Yaponiya” jurnalında imperatora məxsus sarayın formasından götürülüb. Çin-Yapon memarlıq üslubunda tikilən "Çay Evi”-nin ideya müəllifi və tikilməsini Sadiq Murtuzayevə, maketinin müəllifliyi isə mərhum Xudu Məmmədova məxsus olub. Tikinitiyə də mərhum Xudu müəllim özü rəhbərlik edib.