ÜST-dən qoxudan HESABT: 170 milyon uşaq və yeniyetmə piylənmə ilə yaşayır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 5-19 yaş aralığında 170 milyon uşaq və yeniyetmənin piylənmə ilə yaşadığını açıqlayıb.

Sherg.az xəbər verir ki, ÜST-ün hesabatında bu yaş qrupunda piylənmənin yayılmasının 1990-cı ildən etibarən 4 dəfə artaraq 2 faizdən 8 faizə yüksəldiyi bildirilib.

2024-cü ilin məlumatlarına əsasən, piylənmə ilə yaşayanların 70 milyonu 5-9 yaşlı uşaqlar, 100 milyonu isə 10-19 yaşlı yeniyetmələrdir.

ÜST piylənmənin xroniki və təkrarlanan xəstəlik olduğunu, erkən yaşlarda ortaya çıxan fəsadların 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini artırdığını qeyd edib.

Təşkilat uşaqlar və yeniyetmələr üçün sağlam qidalanma, fiziki aktivlik və davranış dəyişikliklərinə əsaslanan kompleks müdaxilələri tövsiyə edib. ÜST-ün nümayəndəsi Luz Mariya De Rehil bildirib ki, uşaqlarda piylənmənin müalicəsinin əsası dərman və ya cərrahi müdaxilə deyil, sağlam qidalanma və fiziki aktivliyi dəstəkləyən kompleks yanaşmadır.