Agentlikdən şok açıqlama: "Bizə rüşvət təklif edirlər"
10:17 25.12.2018
Arxiv
255
Xərçəng xəstəliklərində, hormonal problemlərdə istifadə edilən dərmanları 15-16 yaşlı sağlam insanlara satırlar
Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMAA) ilin yekunları ilə bağlı hesabat iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, açıqlama verib. Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hacıyeva mediaya illik hesabatla bağlı açıqlama verib.
O bildirib ki, bu il Dünya Antidopinq Federasiyası üçün ağır il olsa da, ölkəmiz üçün uğurlu hesab edilə bilər: "İki ildir yaranmağımıza baxmayaraq, artıq müsbət yöndə işlər görürük. Belə ki, qurumlar və federasiyalar ilə işlərimiz öz töhfəsini verir. Daima ölkədə monitorinq keçirir və nəticələr çıxarırırq”.
Ş.Hacıyeva qeyd edib ki, Milli Antidopinq Agentliyinin işi Avropa şurası tərəfindən də yüksək qiymətləndirilib: "Dünyada yeni qurum - Beynəlxalq Test Agentliyi də yaradılıb. Artıq Beynəlxalq Test Agentliyi ilə 49-dan çox qurum işləməyə başlayıb. Biz də artıq onlarla əməkdaşlıq edirik”.
"2017-ci ilə nisbətən, bu il test sayını iki dəfə artırmışıq və 817 test keçirmişik. Beynəlxalq sifarişlər az olub. Ən çox güləş, futbol, boks və velosiped idman növləri üzrə idmançılar arasında yoxlanış keçirilib. 543 idmançı yoxlamadan keçib. Məqsədimiz dopinqdən istifadə edən idmançıları zamanında aşkarlamaqdı” – deyə Agentlik rəsmisi əlavə edib.
O, aşkarladıqları nöqsanlardan, qarşılaşdıqları problemlərdən də danışıb: "Bu il 12 güləş, 7 taekvando və digər idman növlərində, ümumilikdə 35 qayda pozuntusu olub. Bəzən elə olur, idmançıları tapa bilmirik. Xəbərdarlıq edirik ki, idmançını üç dəfə tapa bilməsək, artıq haqqında qəti qərar verərək yarışlara buraxmayacağıq”.
Şəfəq Hüseynli dopinq siyahısına düşən dərmanların bazasını hazırladıqlarını da qeyd edib. Bildirib ki, idmançılar asanlıqla dərmanın adını həmin bazaya yazaraq təhlükəli olub-olmadığını öyrənə biləcəklər.
"Dopinqin istifadəsi artıq sosial problemə çevrilib. Fitnes mərkəzlərində dopinqlərdən daha çox istifadə edirlər. Xərçəng xəstəliklərində, hormonal problemlərdə istifadə edilən dərmanları 15-16 yaşlı sağlam insanlara satırlar. Biz buna qarşı mübarizə aparacağıq və hüquq və mühafizə orqanları ilə birlikdə əməkdaşlıq edəcəyik. 2019-2020ci illərdə məşhur idmançılar ilə işləyəcəyik və təhsil proqramlarında və seminarlarda iştirak edəcəklər” – deyə AMAA rəsmisi qeyd edib.
İcraçı direktoru onu da vurğulayıb ki, federasiyalar AMAA ilə daha sürətli işləməlidir: "Bəzən məlumatları bizə gec verirlər, idmançıları gizlədirlər və qanuna zidd hərəkətlər edirlər. Bu da federasiyaların sanksiya ilə üzləşə biləcəyinə zəmin yaradır”.
"Məşqçi və idmançılar tərəfindən bizə rüşvət təklif olunur. İndiyə kimi onlara şifahi şəkildə xəbərdarlıq etmişik. Artıq bu hadisə yenidən təkrarlanarsa, o zaman həmin şəxs və ya federasiya haqqında daha ciddi qərar qəbul ediləcək” – deyə Ş.Hacıyeva vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə