Ağızda qoxu yaradan amillər və qurtuluş yolu... - OXUYUN !
14:39 03.07.2017
Arxiv
2768
Ağız qoxusu insanların utandığı xoş olmayan bir vəziyyətdir.
Gündəlik ictimai həyatımızda ünsiyyət zamanı bizə utanc hissi yaşadan ağız qoxusunun təbii ki, həlli var. Həllindən əvvəl bu halın yaranma səbəbini bilmək lazımdır. Yaranma səbəbləri xəstəlik, ağız və diş problemləri, qidalanma, siqaret, içki və s. bu kimi vəziyyətlər ola bilər.
Diş əti problemlərinin və xəstəliklərinin olması ağız qoxusunun yaranmsına şərait yaradan ilkin səbəblərdəndir. Birinci düzgün fırçalanmayan dişlər təbii olaraq dişdə və diş ətində problemlər meydana gətirir və bu şəraitdə ağızda pis qoxular meydana gəlir. Diş əti olduqca yumuşaq toxumalardan ibarətdir.
Dişləri əhatələyərək ətraf təhlükələrdən qoruyur. Diş ətinə yapışan bakteriyalar bir zaman sonra iltihaba çevrilərək diş ətinə ziyan verir. Dişin üzərində bakteriyaların əmələ gətirdiyi karies bir müddət sonra dişlərə ziyan verməyə başlayır. Və burdakı iltihab, çürümə kimi problemlərin nəticəsində ağızdan pis qoxu gəlməyə başlayır.
Ağız quruluğu
Ağız quruluğu da pis qoxuların yaranmasındakı səbəblərdəndir. Ağız, burun və boğaz xəstəlikləri olanlar məcburən ağızları ilə nəfəs aldıqlarına görə, bu da ağız quruluğuna səbəb olur.
Bundan əlavə istifadə edilən bir sıra dərmanlar var ki, onlar da ağız quruluğuna səbəb ola bilir. Eyni zamanda xərçəng, diabet, qaraciyər və böyrək çatışmamazlığı, mədə narahatlıqları,yüksək təzyiq, psixoloji problemlər və.s kimi xəstəliyi olanlarda da bu vəziyyət tez-tez rast gəlinir.
Ağız qoxusunun müalicəsi
Ağız qoxusunun müalicəsi yaranma səbəbindən asılı olaraq dəyişir. Əgər səbəb diş və ya diş əti problemləridirsə, ilk öncə ağızdakı bakteriyalarağızdakı bakteriyalar təmizlənir. Əgər diş ətində probleminiz və ya çürük dişiniz varsa bunlar müalicə edilir. Dişlərin normadan kənar düzülüşü, məsələn çarpaz olması dişləri fırçalayan zaman narahatçılıq yaratdığına görə diş əti xəstəliklərinə yol açar. Tez həkim müayinəsinə gedib problemin qarşısı alınarsa, dişlərinizi itirmək təhlükəsi ilə üz-üzə qalmazsınız.
Ağız qoxusu bəzən hansısa bir xəstəliyin də xəbərçisi ola bilir. Ona görə, müntəzəm olaraq ağızınızdan pis qoxu gəlirsə, mütləq həkimə gedib problemin qaynağını taparaq həll edin.
Dilinizi fırçalayın
Diş fırçalamaq üçün xüsusi fırçalar vasitəsilə dilinizi fırçalayın. Çünki bəzən dilin üzərində qalan bakteriyalar qoxu əmələ gətirə bilir.
Bol su için
Bol su içmək, (böyrəyində problemləri olmayanlar üçün) ağzıda tüpürcəyin ifrazının artmasına səbəb olur. Bunun üçün gün ərzində 2.5-3 litr su içməyiniz lazımdır.
Darçın istifadə edin
Darçın ağız boşluğundakı bakteriyaların məhvində ən yaxşı vasitədir. Yeməklərinizdə darçından istifadə etməyiniz pis ağız qoxunuzun azalmasına kömək edəcək.
Qarqara edin
Hər axşam dişlərinizi fırçaladıqdan sonra apteklərdə satılan ağız boşluğu üçün yaxalıyıcılarla qarqara edin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya