
“Aİ Azərbaycanın hüquqi və sivil dövlət olduğunu qəbul edir” - Deputat
13:10 05.04.2019
Arxiv
844
"Həm Avropa İttifaqı, həm də Azərbaycan tərəfi əməkdaşlıqla maraqlıdır”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Deputat xatırladıb ki, Avropa İttifaqı digər ölkələrlə əməkdaşlıq üçün vahid sxem hazırlamışdı. Bu sxemə görə, bütün ölkələrə eyni cür münasibət sərgilənir, bənzər motivlərə üstünlük verilirdi:

"Azərbaycan tərəfi buna razılıq vermədi. Vahid sxemdə bütün dövlətlər bərabərləşdirilir. Yəni Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal olunması faktı vurğulanmır. Ərazi bütövlüyü məsələsi açıqdan-açığa qeyd olunmur. Ona görə də Brüsseldə Aİ ilə Azərbaycan arasında yeni müstəvidə aparılan danışıqlar ölkəmizin mühüm nailiyyətidir. Məhz Azərbaycan tərəfinin tələbi ilə Aİ rəhbərliyi danışıqları fərqli müstəvidə başlatmaq təşəbbüsünü ortaya qoydu. Əslində Avropa ölkələri yaxşı başa düşürlər ki, Azərbaycan hərbi və iqtisadi potensialına görə Cənubi Qafqazda mühüm yerə malikdir. Düşünürəm ki, Azərbaycanda son dönəmlər aparılan geniş islahatlar da Aİ ilə əlaqələrin yenidən qurulmasına şərait yaratdı”.
Parlament üzvü bildirib ki, Avropa üçün əhəmiyyətli olan enerji sahəsində əməkdaşlıq etmək, o cümlədən nəqliyyat-tranzit sahələrində əlaqələr qurmaq Aİ-nin maraqları çərçivəsindədir:
"Cənub Qaz Dəhlizi layihəsi Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Göründüyü kimi Avropa Cənubi Qafqaz regionuna olan marağını sadəcə Gürcüstanla əməkdaşlıq fonunda məhdudlaşdırmaq istəmir.
Artıq Avropa İttifaqı da Azərbaycanın əhəmiyyətini görür, ölkəmizin hüquqi və sivil dövlət olduğunu qəbul edir, multikultural dəyərlərə böyük önəm verir. Azərbaycan dövləti və xalqı bir sıra məsələlərdə dünya ölkələrinə örnək göstərilir. XİN rəhbəri E.Məmmədyarovun da vurğuladığı kimi artıq danışıqlar yekunlaşmağa doğru gedir. Azərbaycanın ərazi bütövlüyünün konkret qeyd olunması bizim üçün böyük uğurdur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə