Aidiyyəti qurumlar məsuliyyətsizlik edirlər

Şəhər təsərrüfatı ilə məşğul olan idarələr küçələrdə təmizliyə diqqət etməlidirlər



cmüşahidə olunur. Bəzi insanlar əllərindəki tullantıları hara gəldi atırlar. Bu isə ətrafda olquca xoşagəlməz görüntü yaradır.

Küçələrdəki natəmizlik xoşagəlməz mənzərədən əlavə sağlamlıq üçün də təhlükə mənbəyidir. Hətta avtomobil yollarında zibil o qədər artıb ki, həm gediş-gəlişə mane olur, həm də antisanitariya, sahibsiz itlərin orada cəmlənməsinə şərait yaradır. Sakinlər küçələrdəki natəmizliklə bağlı müraciət etdikləri qurumlardan heç bir cavabın gəlmədiyini bildirirlər.

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında bildirib ki, qanunvericiliyə görə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Mənzil Kommunal Təsərrüfatı Departamenti var. Paytaxt küçələrində təmizliyin qorunmasına da məhz bu qurum nəzarət edir: 

"Departamentin hər rayon üzrə işçi qrupları fəaliyyət göstərir. Həmçinin Departamentin xüsusi sahələrlə, məsələn, zibillərin daşınması, çeşidlənməsi ilə məşğul olan qurumları da var. Bir neçə il bundan qabaq cənab prezidentin sərəncamı ilə Mənzil Kommunal Təsərrüfatının fəaliyyətinin kifayət qədər yaxşılaşdırılması ilə bağlı göstərişlər verilmişdi. 

Əgər küçələrdə təmizliklə bağlı problem varsa, deməli, hansısa ərazilərdə müvafiq qurum bunu diqqətindən qaçırıb. Belə hallar yalnız məsuliyyətsizlik nəticəsində ola bilər”.

Yeganə Bayramova