Ailə üzvləri razılıq edir
08:59 25.12.2018
Arxiv
397
Prezident heç vaxt şəhid ailələrindən diqqət və qayğısını əsirgəməyib
Prezidentin şəhid ailələrinə diqqət və qayğısını həmişə hiss etmişik. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın unudulmaması, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir.
Göstərilən yardıma görə şəhidlərimizin ailə üzvləri prezidentə öz minnətdarlıqlarını bildiriblər.
1995-ci ildə Şəmkir rayonunda şəhid olmuş Nuruyev Ayaz Yusif oğlunun qızı Nuruyeva Aytən Ayaz qızı hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını gördüklərini deyib: "11 min manat bizə çox böyük kömək oldu. Cənab Prezidentə minnətdarlığımı bildirirəm. O, şəhid ailələrindən diqqət və qayğısını əsirgəməyib. Bütün ailəmiz adından cənab Prezidentə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik. Şəhidlərimizə hörmət ən yüksək səviyyədədir.
1992-ci ildə Kəlbəcərdə şəhid olmuş Qurbanov Akif Sabir oğlunun qardaşı Qurbanov Raqif Sabir oğlu göstərilən diqqətə görə ölkə başçısına təşəkkür edib:
"Cənab Preizdent heç vaxt şəhid ailələrindən öz qayğısını əsirgəməyib. Birdəfəlik yardımın verilməsi şəhid ailələrinin maddi durumunun yaxşılaşması üçün nəzərdə tutulub. Bu yardıma görə Prezidentimizə təşəkkür edirik. Allah ona can sağlığı versin”.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm