
AKP və Türkiyə kürdlərin PKK-HDP cütlüyünə “qırmızı kart” göstərdi
15:23 01.04.2019
Arxiv
448
"Seçkilərdə təkcə AKP-nin deyil, bütün Türkiyənin ən böyük uğuru kürdlərin PKK-HDP cütlüyünə "qırmızı kart” göstərməsi oldu”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Türkiyədəki bələdiyyə seçkisi ilə bağlı danışan ekspert bildirib ki, əsas nəticədir və nəticə odur ki, "Cumhur İttifaqı” 50 faizlik barajı aşaraq, bələdiyyə seçkilərində qalib gəldi:

"Demokratik seçkilərdə kənd, şəhər anlayışı yoxdur, əgər kimlərsə bu cür ayrıseçkilik edirlərsə, deməli onların demokratiyadan anlayışları qıtdır. Həmçinin, nəzərə alaq ki, Bursa, Konya, Trabzon, Kayseri və s. böyük şəhərlərdə iqtidar qalib gəlib.
PKK-HDP tarixində ilk dəfə bu qədər az səs alıb. Bələdiyyə seçkilərindən əvvəl keçirilən prezident seçkilərində kürdlərin namizədi terrorçulara dəstək verən Səlahəddin Dəmirdaş 13 faiz almışdı. Bələdiyyə seçkilərində isə PKK-HDP yalnız 4 faiz səs yığdı. Bu, PKK-nın da, onların xarici havadarlarının da fiaskosudur”.
Analitikin sözlərinə görə, AKP təkcə hərbi yox, həm də siyasi-iqtisadi yolla cənub-şərqi Anadoluda PKK-ya sarsıdıcı zərbə vurdu:
"Buna görə Türkiyədə fəaliyyət göstərən digər siyasi partiyalar hakim partiyaya təşəkkürünü bildirməlidirlər. AKP Türkiyəni, həm də bütün regionu böyük PKK bəlasından qurtarmaqdadır. Nəzərə alsaq ki, gələn seçkilərə 4 il var, ümüd edirik, Türkiyə dövləti həm bu problemi, həm də digər çətinlikləri tamamilə həll edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi