Ali Avci saxlanılıb - Türkiyədə




Bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bioqrafiyası ilə bağlı "Oyanış" filmini çəkən rejissor Ali Avci saxlanılıb. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, həmin şəxs Fətullah Gülənlə əməkdaşlıqda şübhəli bilinir. 

Məlumat üçün bildirək ki, A.Avci Türkiyədə 2016-cı ilin iyulunda baş tutan dövlət çevrilişinə cəhdlə bağlı "Rəis"filmini çəkib. Bu film də sosial şəbəklərdə mübahisələrə səbəb olub. Çünki bu filmdə R.T.Ərdoğanın ailəsini qətlə yetirən səhnə yer alıb.  Bu filmdə R.T.Ərdoğnaın gicgahına silah dirənmiş bir səhnə də yer alıb. 

Qeyd edək ki, A.Avci Fətullah Karabişər adlı şəxslə görüş zamanı saxılanılıb və hər iki şəxs komissarlığa aparılıb.

Ayyət Əhməd