Ali Məhkəmənin qərarını saymadılar
09:46 23.11.2017
Arxiv
1200
İmişli və Şirvan rayon məhkəmələri iki uşaq anasını işsiz qoydu
İmişli rayonu İlqar Əhmədov adına Xoşçobanlı kənd orta məktəbində katibə işləyən Həvva Vəliyeva elektron qaydada redaksiyamıza müraciət edib. Müraciətində səbəbsiz yerə işdən çıxarıldığını deyən Həvva xanım hazırda çıxılmaz vəziyyətdə olduğunu bildirir. Onun sözlərinə görə, iki azyaşlı körpəsi var və həyat yoldaşı Qadir Vəliyev 3-cü qrup əlil olduğu üçün maddi durumları olduqca ağırdır.
Xoşçobanlı kənd orta məktəbində 9 il stajı olduğunu deyən H.Vəliyeva məktəbin təhsil şöbəsinin inspektoru Şükür Rəhimov tərəfindən aldadılaraq işdən çıxarıldığını bildirir: "9 ildir İlqar Əhmədov adına Xoşçobanlı kənd orta məktəbində işləyirəm.
Bu günə qədər işimdə heç bir səhvim olmayıb. 2016-cı ilin 30 iyun tarixində İmişli rayon Təhsil Şöbəsinin inspektoru zəng elədi və dedi ki, "Həvva xanım savadlı və gənc kadrdır. İstəyirik o katibəlikdən çıxsın və ona ibtidai sinifdə dərs verək.
Məktəbdə yer olmadığı üçün katibə işləyirdim. Mən də razılaşdım. Fikirləşdim ki, həm vəzifəm dəyişər, həm də maaş çoxalar. Direktor dedi ki, işdən çıxmaq haqqında ərizə yaz. Mən də yazdım, amma xoşbəxtçilikdən ərizədə tarix qeyd etməmişəm. Ona görə də ərizə saxta sayılır. Sonra mənə dedilər ki, artıq işdən azadsan, ayın 1-i sənin əmrin veriləcək və müəllimə kimi işləyəcəksən. 10-15 gün keçdi və gördüm ki, heç bir səs-soraq yoxdu. Sonra direktordan işlə nə zaman təmin olunacağımı soruşdum. Direktor isə cavabında dedi ki, "Artıq Təhsil Nazirliyi qərar verib. Sənin müəllimlik üçün 5 balın çatmır, bal 30-dan yuxarı olmalıdır”.
Şikayətçi xanımın sözlərinə görə, belə olduğu təqdirdə direktordan əvvəlki işinə qaytarılmasını istəyib. Lakin yenə istəyinə nail olmayıb:
"Direktor dedi ki, "sən işdən çıxan günü yerinə başqa adam götürmüşük”. Bu barədə isə mənə heç bir rəsmi məlumat verilməyib. Belə çıxır ki, mənə qarşı "oyun” oynayıblar. Hər yerə müraciət elədim - Təhsil Nazirliyinə, prokurorluğa, Əmək Müfəttişliyinə. Hər yerə getdim və qanunsuz işdən çıxarılmağım haqqında ərizə də yazdım. Sonra Əmək Müfəttişliyindən direktora zəng gəldi ki, mənim peşmançılıq ərizəmi alsınlar və əvvəlki işimə qaytarsınlar. Direktor mənim yerimə götürdükləri xanımı işdən çıxartdı və məni əvvəlki işimə qaytardı.
Bu zaman yerimdə işləyən qız elə həmin gün gedib İmişli Rayon Məhkəməsinə ərizə verib. Ərizəsində qanunsuz yerə işdən çıxarıldığını bildirib. İmişli məhkəməsi də saxta qərar çıxartdı ki, Günel Nağıyeva adlı xanım işə qaytarılsın və mən işdən azad olum. Belə olduqda isə direktor məhkəmənin qərarını yerinə yetirməli olduğunu bildirdi. Məcbur qalıb Şirvan məhkəməsinə şikayət elədim. Şikayətimin də əsas məqsədi ondan ibarət idi ki, işdən çıxdıqdan sonra 1 ay müddətində peşmançılıq ərizəsi verib işə qayıda bilərəm.
Mən də 1 ay tamam olmadan Əmək Müfəttişliyinin əli ilə qanuni şəkildə işimə qayıtmışam. Amma mənə yenə haqsızlıq etdilər. Əslində məhkəmə qanunla mənim xeyrimə qərar verməlidir. Şirvan məhkəməsi də İmişli məhkəməsinin qərarını qüvvədə saxladı. Məhkəmə həmin Günel xanımın xeyrinə oldu. Ortada rüşvət məsələsi var. Rüşvət verib məhkəmədə qalib gəlirlər.
Məcbur qalıb Ali Məhkəməyə ərizə verdim. Ali məhkəmə sentyabrın 11-də təyin olundu. Amma imkan edib Bakıya gələ bilmədim. Maddi durumumuz çox ağırdır. Sonra məktub gəldi ki, Ali Məhkəmə xeyrimə qərar verib.
Təsəvvür edirsiz, Şirvan və İmişli Rayon Məhkəməsinin səhv olduğu Ali Məhkəmənin qətnaməsində yazılıb. Ali Məhkəmə haqqımda düzgün qərar çıxardığı üçün əminliklə Şirvan Rayon Məhkəməsinə getdim yenə. Düşündüm ki, bu dəfə işimə qaytararlar məni.
Lakin Ali Məhkəmənin qərarına əhəmiyyət vermədilər. İmişli Rayon Məhkəməsində hakim Qurban Hacıyev, Şirvan Rayon Məhkəməsində Tofiq Heydərov və İlham Əsədov, məktəbin təhsil şöbəsinin inspektoru Şükür Rəhimov adlı şəxslər mənə qarşı çox haqsızlıqlar ediblər.
Hara müraciət etsəm də çıxış yolu tapa bilmirəm. Bilmirəm bu məsələni necə həll edim. Ali Məhkəmənin xeyrimə qərar çıxarmasına baxmayaraq, buna məhəl qoyan yoxdu. Açıq-aydın görünür ki, burda rüşvətxorluq var. İmişli və Şirvan Rayon Məhkəməsi rüşvət alıb haqsız, ədalətsiz qərar çıxarırlar...”
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya