Ali Məhkəmənin sədri KİV rəhbərləri ilə görüşüb
12:53 16.11.2018
Arxiv
344
Məhkəmənin sədri Ramiz Rzayev KİV rəhbərləri ilə görüşüb.
"Report"un xəbərinə görə, Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən R.Rzayev məhkəmə-media münasibətlərindən danışıb.
O qeyd edib ki, məhkəmələr media qurumları ilə əməkdaşlıqda maraqlı olmalıdır.
Həmçinin R.Rzayev bildirib ki, məhkəmə cəmiyyətdə tarazlığın qorunmasına xidmət edir və dövlət maraqlarını müdafiə edən icra hakimiyyətindən fərqlənir: "Azad mətbuat demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır.
Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir. Məhkəmə qəbul etdiyi qərarlarının ictimaiyyətə çatdırılmasında maraqlıdır və bu prosesin reallaşması üçün media ilə əməkdaşlıq zəruridi".
R.Rzayev söyləyib ki, Ali Məhkəmə mətbuatla əməkdaşlıq edir və bunun üçün mətbuat katibi var.
Daha sonra tədbirdə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib. O deyib ki, Ali Məhkəmə daim kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib, məhkəmə-media münasibətlərində ortaya çıxan problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.
Ə.Amaşov təklif edib ki, media qurumlarının rəhbərləri məhkəmələrlə işləyən jurnalistlərin koordinatlarını Mətbuat Şurasına təqdim etsin və həmin jurnalistlər üçün məhkəmələrdə seminarlar təşkil olunacaq.
Görüşdə Mətbuat Şurasının üzvləri və KİV rəhbərləri də çıxış ediblər. KİV rəhbərləri jurnalistlərin məhkəmə binalarına buxarılmasında problemlərin olduğunu, məhkəmələrdə mətbuat xidmətlərinin olmadığını deyiblər. Onlar bu problemlərin qısa zamanda həll olunmasını istəyiblər.
Ali Məhkəməni sədri R.Rzayev KİV rəhbərlərinin sullarını cavablandırıb və qısa zamanda bunların həll olunacağını söyləyib.
Tədbirdən sonra görüş iştirakçıları Ali Məhkəmənin inzibati binası və qurumun iş fəaliyyəti ilə tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət