Ali məktəblərə qəbul olmaq üçün sənəd verənlərin sayı AÇIQLANDI
09:09 10.04.2019
Arxiv
562
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-dək davam edəcək.
Bu barədə "Sherg.az"a DİM-dən bildirilib.
Xəbərə görə, həm cari ilin, həm də əvvəlki illərin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmək istədikləri halda, aprelin 15-dək elektron ərizələrinin təsdiqini təmin etməlidirlər.
İmtahanda yalnız elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcək. İmtahanda iştirak etmək üçün aprelin 15-dək "Abituriyentin elektron ərizəsi” forması təsdiq edilməlidir.
Qaydalara əsasən, qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.
Xatırladaq ki, 10 aprel saat 12.30-a olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 72155 abituriyent öz ərizəsini təsdiq edib.
İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent" 2 jurnalında tanış olmaq olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya