almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən verilir”.
Ali məktəblərə qəbul sadələşir
07:21 22.09.2017
Arxiv
512
Kamran Əsədov: "Amma biz imtahan keçiriləcək fənlərin sayını azaltmaq və konkret sahələr üzrə müəyyən etsək, hesab edirəm ki, daha effektiv olacaq"
"Bu gün Azərbaycan gənci daha yüksək təhsil almağın əhəmiyyətini dərk edərək yeni imkanlar axtarışındadır”.
Bunu "Sherg.az”a yeni imtahan qaydalarını şərh edərkən təhsil məsələləri üzrə mütəxəsis, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib.
O diqqətə çatdırıb ki, ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələlərin daim ictimaiyyət tərəfindən maraqla qarşılanması insanların gələcəyə verdiyi dəyərin və sabaha inamının təzahürüdür:
"Hazırda Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərin sayına və çətinlik dərəcəsinə görə çox ağır imtahanlar sırasındadır. Azərbaycan Respublikası prezindentinin 2013-cü ildə imzaladığı Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm, bütün ixtisas qruplarında riyaziyyat fəninin olması anlaşılan deyil. Bundan əlavə orta məktəbin nüfuzunun qaldırılması, şagirdlərin buraxılış imtahanlarına və orta məktəb dərslərinə maraqlarının artırılması üçün 2019-cu ildən tətbiq ediləcək yeniliklər mütərəqqi addım olacaq.
Ali məktəblərə qəbul sadə olmalıdır. Bir misal deyim: Fransada universitetlər hər kəs üçün açıqdır. Universitetlərə daxil olmaq üçün qəbul imtahanları keçirilmir və təhsil pulsuzdur. Orta təhsil haqqında sənədi - bakalavr diplomunu alan hər kəs sənədlərini istədiyi universitetə verə bilər. Əgər namizəd orta məktəbdə yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə qəbul edirlər. Bununla yanaşı, bakalavr diplomu olmayan və orta təhsilini yarımçıq qoymuş fransızlar universitetlərə qəbul olmaq üçün Universitet Təhsilinə Qəbul Diplomu - DAEU (Diplôme d'Accès aux Etudes Universitaires)
almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən verilir”.
almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən verilir”.
K.Əsədov xatırladıb ki, hazırda tələbələrin böyük əksəriyyəti demək olar, sevdiyi ixtisas üzrə ali təhsil almır:
"Amma biz imtahan keçiriləcək fənlərin sayını azaltmaq və konkret sahələr üzrə müəyyən etsək, hesab edirəm ki, daha effektiv olacaq. Çünki humanitar sahədə təhsil almaq istəyənə dəqiq elmləri akademik səviyyədə bilmək lazım deyil”.
Qeyd edək ki, 2019-cu ildən tətbiq ediləcək yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya