Allahşükür Paşazadə "Sovetski"də iki məscidin sökülməsinə münasibət bildirib




"Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm".

APA-nın xəbərinə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakının "Sovetski" ərazisində "Qulubəyov" və "Hacı Cavad" məscidlərinin sökülməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, sökülməsi nəzərdə tutulan məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib.