Ona görə də vasitəçilik məsələsində Qərb daha mühüm rol oynamalıdır
Alman politoloqun fikirlərində həqiqət var
08:30 18.01.2019
Arxiv
685
Qarabağ münaqişəsi doğrudan da region və dünya üçün saatlı bombadır
Ona görə də vasitəçilik məsələsində Qərb daha mühüm rol oynamalıdır
Ona görə də vasitəçilik məsələsində Qərb daha mühüm rol oynamalıdır
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması təkcə Cənubi Qafqaz üçün yox, həm də bütün dünya üçün problemdir, çünki irimiqyaslı hərbi əməliyyat riski daim artır. Bu sözləri "Vestnik Kavkaza” nəşrinə müsahibəsində almaniyalı politoloq Andreas Umland deyib. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi saat mexanizmli bombadır və heç kim onun nə zaman partlayacağını bilmir: "Bu məsələnin nizamlanması uzandıqca, daha da kəskinləşir və regional miqyasdan qlobal miqyasa keçmək təhlükəsi daşıyır. Ən pis nəticə isə Ermənistanla Azərbaycan arasında bərpa olunacaq müharibənin onların müttəfiqlərinin qoşulması ilə hərbi əməliyyatlara çevrilməsidir. Rusiya və Ermənistan KTMT-yə daxildir, Türkiyə isə 2010-cu ildə Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsi imzalayıb”.
A.Umlandın sözlərinə görə, beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı və NATO münaqişənin nizamlanmasını görmək istərdi:
"Amma burada sadə həll yolu yoxdur və Dağlıq Qarabağ Avropadan da, ABŞ-dan da uzaqdadır. Fikrimcə, münaqişənin nizamlanması üzrə vasitəçilik məsələsində Qərb daha mühüm rol oynamalıdır, amma indi elə hesab etmək olar ki, qərb siyasətçiləri daha vacib hesab etdikləri məsələlərlə məşğuldur”.
Almaniyalı politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin zəmanəti Bakının Qarabağda azərbaycanlı və erməni icmalarının birgəyaşayışı üçün işğal olunmuş ərazilərin bərpasına hazırlığıdır:
"Bir müddət əvvəl Dağlıq Qarabağın azərbaycanlı icmasının təqdimatı göstərdi ki, indi problemin həlli üçün yaxşı imkan var. İcmanın nümayəndələri bildirib ki, onlar Dağlıq Qarabağın erməni əhalisini birləşmiş Azərbaycanın tərkibinə qəbul etməyə hazırdır, erməni icmasının hüquqları və maraqları tam şəkildə qorunacaq. Bununla əlaqədar hesab edirəm ki, münaqişə həll oluna biləndir, lakin kifayət qədər səy göstərilmir”.
Almaniyalı politoloqun fikirlərini şərh edən "Sivilizasiyalar və Konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli onunla həmrəy olduğunu deyib:
"Dağlıq Qarabağ münaqişəsi doğrudan da region və dünya üçün saatlı bombadır. Lakin bu bombanın işə düşməsi Azərbaycandan asılıdır. Çünki Azərbaycandan başqa heç kəs bu bombanın işə düşməsində maraqlı deyil. Azərbaycana torpaqlarını qaytarmaq lazımdır. Təkcə Azərbaycana sərf etmir status-kvonun bu cür davam etməsi.
O ki qaldı Qərbin vasitəçiliyinə, ATƏT-in Minsk Qrupu çərçivəsində Qərb vasitəçilik edir. Sadəcə olaraq Rusiya və Ermənistan kimi Qərbədə vəziyyətin bu yerdə qalması lazımdır.
Qarabağ məsələsində nə sülh, nə müharibə şəraiti Azərbaycandan başqa hər maraqlı tərəfin maraqlarına cavab verir. Alman politoloqun bu fikirləri ilə də razıyam ki, avropalı siyasətçilər üçün daha mühüm hesab etdikləri məsələlər arasında Qarabağ münaqişəsinin həlli ən son sıralarda durur. Ona görə öz problemlərimizi özümüz həll etməyi bacarmalıyıq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil