Merkel və alternativi Şulz səs qazanmaq üçün bu cür həssas notlara toxunurlar
Alman toplumunda anti-Türkiyə ovqatı var
20:22 06.09.2017
Arxiv
752
Ancaq Türkiyə ilə münasibətləri pozmaq Türkiyəni, Qərbə qarşı duran cəbhə ilə yaxınlaşmağa sövq edə bilər
Merkel və alternativi Şulz səs qazanmaq üçün bu cür həssas notlara toxunurlar
Merkel və alternativi Şulz səs qazanmaq üçün bu cür həssas notlara toxunurlar
Almaniyanın Baş naziri Angela Merkel seçim öncəsi Sosial Demokrat Partiyasından olan rəqibi Martin Şulz ilə canlı yayımda debata çıxıb.
Çıxış zamanı hər iki namizəd Türkiyə ilə bağlı açıqlamalar veriblər. Məsələyə daha öncə münasibət bildirən Şulz baş nazir seçiləcəyi təqdirdə Türkiyənin Avropa İttifaqına üzv olmaması üçün əlindən gələni edəcəyini deyib:
"Avropa İttifaqına Türkiyə ilə üzvlük müzakirələrini tamamilə bitirməyi təklif edəcəm”. Merkel əvvəlcə Türkiyədə alman vətəndaşlarının həbs edildiyi bir zamanda belə addımın atılmasının doğru olmadığını desə də, daha sonra o da Türkiyənin Aİ-yə üzv olması ilə bağlı müzakirələrin bitirilməsinin vacib olduğunu qeyd edib: "Sırf seçim kampaniyası üçün Türkiyə ilə münasibətləri kəsmək və kimin daha sərt olduğu yarışına girmək istəmirəm. İlkin mərhələdə düşünürəm ki, Türkiyəyə qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir”. O, həmçinin Hermes və Dünya Bankının Türkiyəyə verdiyi kreditləri gözdən keçirdiyini, Aİ-yə üzvlük müzakirələrinin tamamilə dayandırılması məsələsini gündəmə gətirəcəyini bildirib. Duelin sonunda Merkel izləyicilərin 49 faizinin etimadını qazanaraq rəqibinə məğlub olub.
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu siyasilər arasında keçirilən debata münasibət bildirərkən deyib ki, seçki ərəfəsində ölkənin problemləri müzakirə olunmalıdır, xarici dövlətlər deyil:
"Alman siyasətçilərin öz vətəndaşlarına Türkiyədən başqa verə biləcəkləri mesaj yoxdurmu? Seçki Türkiyədə yox, Almaniyada keçirilir. Bu məsələ Türkiyənin nə qədər böyük olduğunu göstərir”.
Tərəflər arasında yenidən gərginləşən münasibəti "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, Türkiyə-Almaniya münasibətləri çox dərin köklərə dayanır. Ona görə də əlaqələrin tamamilə qırılacağını iddia etmək doğru deyil:
"Bir neçə alman vətəndaşı Türkiyədə həbs olunduğuna görə münasibətlər yenidən gərginləşdi.
Üstəlik hazırda Almaniya seçki ərəfəsindədir. Alman toplumunda anti-Türkiyə ovqatı hakim olduğu üçün hakimiyyətə namizədlər Merkel və alternativi Şulz səs qazanmaq üçün bu cür həssas notlara toxunurlar. Sonuncu debatdakı söhbətin əsası Türkiyə ilə bağlı idi. Baş verənlər seçkidə səs yığmaq üçün ictimai rəyə hesablanmış siyasi komediyadan başqa bir şey deyil. Türkiyə elə bir ölkə deyil ki, asanlıqla gözardı edilsin”.
Ekspertin sözlərinə görə, biz seçkidən sonra hansı siyasətçinin hakimiyyətə gəlməsini gözləməliyik:
"Seçkidən sonra verilən açıqlamalar və siyasi davranışlar Türkiyəyə bundan sonrakı münasibətin hansı formada olacağını göstərəcək. Ola bilsin, Avropa Birliyi ilə Türkiyə arasında münasibətlər daha da kəskinləşsin. Lakin Avropa anlayır ki, Türkiyə vazkeçilməz bir ölkədir və NATO-nun cənub sərhədlərinin yeganə qarantıdır. Avropa Birliyində ağıllı başlar olduğu müddətcə Türkiyə proseslərdən kənarda qalmayacaq.
Həmçinin, nəzərə almaq lazımdır ki, Türkiyə ilə münasibətləri pozmaq Türkiyəni Qərbə qarşı duran cəbhə ilə yaxınlaşmağa sövq edə bilər. Bu isə Qərbin geosiyasi maraqlarına uyğun deyil. Türkiyə əleyhinə səslənən fikirlər Almaniyadakı seçkilərlə bağlıdır. Seçkidən sonra formalaşacaq prosesi gözləmək lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq